"Ebola" xəstəliyindən daha bir həkim öldü
Bizi izləyin

Sağlamlıq

"Ebola" xəstəliyindən daha bir həkim öldü

Daha bir həkim "Ebola" xəstəliyindən həyatını itirib.

Publika.az-ın məlumatına görə, hadisə Afrikada, daha dəqiq desək, Sierra Leonedə baş verib.

Sierra Leonenin dövlət başçısı Ernest Bai Koromanın məsləhətçisi İbrahim Karqbonun verdiyi açıqlamada bildirib ki, ölkənin şərqindəki Kenema bölgəsində bir klinikada işləyən həkim Sahr Rogers "Ebola" xəstəliyi səbəbindən vəfat edib.

Qeyd edək ki, bu ölkədə daha əvvəl "Ebola" virusuna yoluxan 2 həkim də dünyasını dəyişmişdi.

Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, "Ebola" xəstəliyi Qvineya, Liberiya, Sierra Leone və Nigeriyada 120-dən çox səhiyyə işçinin ölümünə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm