MDB məkanında ömür qısalıb
Bizi izləyin

Sağlamlıq

MDB məkanında ömür qısalıb

Avropa və Mərkəzi Asiya regionu boyunca maliyyə və gender bərabərsizliyi artır, ömür uzunluğu gözləntiləri isə azalır.

Publika.az xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramı regional mərkəzinin İstanbulda açıqlanmış yeni tədqiqatının nəticələrində deyilir.

Tədqiqat hesabatında deyilir ki, yoxsulluq və bərabərsizlik hətta orta səviyyəli gəlirlərə malik ölkələrdə də yer alır.

“Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrində bərabərsizlik və kövrəklik” adlanan tədqiqatda Dünya Bankının yoxsulluq məsələlərinə dair məlumat bankı POVCALNET-in rəqəmlərindən istifadə olunub.

Tədqiqat materiallarına əsasən, tarixən və post-sosialist dövründə bu ölkələrdə nisbi bərabərlik, sosial xidmətlərlə təminat və kiçik cinsi bərabərsizlik mövcud olub, lakin indi by üstünlüklər sürətlə itirilməkdədir.

Qeyd olunur ki, sözü gedən ölkələrdə yoxsulluq və gəlirlərin bərabərsizliyi geniş yayılmağa başlayıb.

Ömür uzunluğu gözləntiləri

Bunlarla yanaşı, sözü gedən ölkələrdə kişi və qadınların ömür uzunluğu göstəriciləri də pisləşib. Həmçinin keçmiş sovet respublikaları arasında gəlirlərin azlığı ucbatından yoxsulluq xüsusilə geniş yayılıb. Məsələn, 2010-cu ilin rəqəmlərinə əsasən Gürcüstanda əhalinin üçdə birindən çoxu günə 2,15 dollardan da az pulla yaşayır. Gəlirlərə görə yoxsulluq Gürcüstandan fəqli olaraq Azərbaycanda son on ildə azalmaqda davam edib.

Tacikistanda, Qırğızıstan və Ermənistanda əhalinin üçdə biri və ya dörddə biri, bütövlükdə 6,7 milyon nəfər dərin yoxsulluq içində ömür sürür.

Keçmiş sovet məkanında maaşlar, ümumiyyətlə, orta Avropa səviyyəsindən çox aşağı olaraq qalır.

Bu müddətdə kişi və qadınların ömür uzunluğunun göstəriciləri də pisləşib. 1960-cı illərdə MDB ölkələrində qadlnlar kişilərdən orta hesabla 14 il çox yaşayırdılar. Lakin indi bu rəqəm iki il azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm