• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Böyrəklər üçün faydalı 8 ərzaq

Böyrəklər üçün faydalı 8 ərzaq

Hər 7 nəfərdən birinin böyrək xəstəsi olduğu dövrdə böyrək sağlamlığını qorumaq zəruridir. Bunun üçün də qidalanmaya diqqət yetirmək lazımdır. Publika.az-ın sağlamlıq bölməsi böyrəklərə faydalı qidaların siyahısını təqdim edir:

Soğan: Sarımsaq kimi antioksidant anbarı olan soğan antienflamatuar xüsusiyyətləri sayəsində xüsusilə böyrək xəstəsi olanlara faydalıdır. Həmçinin, xərçəng və ürək xəstəliklərinə qarşı da qoruyucu təsiri var.

Yumurta ağı: Yumurta ağında yüksək zülal, az miqdarda kalium, fosfor və bol miqdarda dəmir var. Bunlar böyrəklər üçün ideal qida rolunu oynayır.

Kahı: Kahının tərkibində bol miqdarda C vitamini var. Həmçinin liflə və K vitamini ilə zəngindir. Bu vitaminlər böyrəklərin düzgün işləməsi üçün çox əhəmiyyətlidir. Salat və süfrələrin bəzəyi olan kahı meyvə suyuna da qarışdırılıb içilir.

Sarımsaq: Sarımsağın bir çox xəstəliklərdə effektli qida olduğunu xüsusi qeyd etməyə ehtiyac yoxdur. Yeməklərdə istifadə edildikdə verdiyi dad sayəsində duzdan istifadəyə ehtiyac qalmır. Nəticədə qidada böyrəklərə ziyan verən natrium olmur. Həmçinin, sarımsaq zəngin antioksidant və təbii ağrıkəsicisidir. Mütəmadi olaraq yeyildikdə xərçəngdən qoruduğu sübut olunub. Tərkibindəki hidrogen-sulfid sayəsində detoks təsiri yaradır, şişkinlik və qaz probleminə yaxşı təsir edir.

Zeytun yağı: Antioksidantlarla dolub-daşan zeytun yağının müsbət təsir etmədiyi, müalicəvi effekt göstərmədiyi sağlamlıq problemi, demək olar ki, yoxdur. Sözügedən yağ böyrəklər üçün də faydalıdır.

Alma: Alma yüksək antienflamatuar xüsusiyyəti sayəsində böyrəklər üçün olduqca faydalı meyvədir.

Zoğal: Antioksidant anbarı olan zoğal sidik yolu infeksiyalarına qarşı çox təsirlidir. Sidik turşusu səviyyəsini artıraraq bakteriyaların sidik kisəsi divarına yapışmasına mane olur. Həmçinin müəyyən xərçəng və ürək xəstəliklərinə qarşı da çox təsirlidir.

Omeqa 3: Qızılbalıq, sardinya və başqa balıqlar omega-3 yağ turşuları ilə doludur. Bu yağ turşuları bədənimiz tərəfindən istehsal edilmir, ona görə bu növ balıqları mütəmadi olaraq istehlak etmək lazımdır. Mütəmadi olaraq balıq yeməyən insanlarda omeqa-3 yağı az olur. Belə insanlarda ürək xəstəlikləri, təzyiq və xolesterinin yüksəlməsi problemlərinə tez-tez rast gəlinir. Bu narahatlıqlar xroniki böyrək xəstəliklərinə də təkan verir.

FİDAN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR