• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Stress həzm sisteminə necə təsir edir?

Stress həzm sisteminə necə təsir edir?

Stress yaşadıqda və ya həyəcanlananda ayaqyoluya getmək istəyi (sidik ifrazı) orqanizmin xəbərdarlığı kimi başa düşülməlidir. Belə ki, bu həzm sistemi ilə bağlı xəstəliklərin əlaməti ola bilər.

Həzm sistemi stressə qarşı olduqca həssas reaksiya verir, müxtəlif əlamətlərlə özünü ifadə etməyə çalışır. Beləcə "mənə çox təzyiq edirsən", - deyə xəbərdarlıq göndərir.

Publika.az qastroenteroloq və professor Levent Dəmirtürkün mövzu ilə bağlı fikirlərini təqdim edir.

Həddindən artıq stress keçirən adamlarda hansı həzm problemləri ortaya çıxır?

Alimlər uzun illərdir ki, həzm sisteminin stresslə bağlılığını tapmağa çalışır. Araşdırmalardan məlum olub ki, stress yemək borusu, mədə və bağırsaqlarda özünü fərqli şəkildə göstərərək bir çox problem yarada bilir.

Stress keçirən insanların yemək borusunda tıxanma hissi, udma çətinliyi, mədədə şişkinlik, gəyirmə, mədə pozğunluğu, ağrılar, ürək bulanması, qusma kimi hallar yaranır. Bağırsaqlarda isə qarın ağrısı, ishal və ya qəbizlik müşahidə olunur.

Ancaq həzm sistemi əlamətlərinin qəti olaraq stress mənşəli olduğunu söyləmək üçün qastroenteroloqa müraciət etmək və onun bunu təsdiq etməsi çox əhəmiyyətlidir. Bu istiqamətdə lazımi müayinələr aparıldıqdan sonra dəqiq söz demək olar. Əks təqdirdə, həzm sistemində qeyd etdiyimiz əlamətləri stressə bağlamaq düzgün yanaşma deyil. Şikayətlərin stress amillərindən qaynaqlandığı yönündə diaqnoz qoyulması müalicə baxımından da əhəmiyyətlidir.

Həkim müayinəsi xəstələrin "Məgər mənim həzm sistemi ilə bağlı ciddi xəstəliyim var", - sualına cavab verir. Bu isə xəstənin müalicəsində mühüm bir mərhələdir. Həkimin bu mərhələdə qidalanma barədə təklifləri və verəcəyi dərman müalicəsi mədə bağırsaq sistemini yaxşılaşdıracaq. Ancaq xəstələr həkimin dediklərinə ciddi şəkildə əməl etməlidir.

Ən birinci, stress amillərindən mümkün olduqca uzaq qalmaq tövsiyə olunur. Müalicələrin faydasını görməyən xəstələr isə psixoloqa müraciət edə bilərlər. Stressdən uzaq qalmaq üçün xəstəyə psixoloq köməyi çox faydalı ola bilər.

Həddindən artıq şişkinlik, toxluq hissi, nəfəs almaqda çətinlik, buna bağlı olaraq hədsiz baş ağrısının yaranması kimi səbəblərin çoxunun da stress mənşəli olduğunu qeyd etmək lazımdır. Ürək bulanması, qusma, çəki itkisi, anoreksiya, mədə pozğunluğu, doyma, ishal və ya qəbizlik və.s-in stresslə əlaqəli olduğu ehtimalı yüksəkdir.

Bəs həzm sistemində problem yaranmaması üçün qidalanmada nələrə diqqət etməliyik?

Kofeinli və spirtli içkilərdən istifadə etməyin.

Gündə üç dəfə qidalanın.

Fast-food qidalardan imtina edin.

Yeməyi rahat, sakit və gigiyenik şəraitdə yeyin. Yaxşı çeynəyin və yavaş-yavaş yeyin.

Şəkərli qidalardan mümkün qədər uzaq olun.

Masadan tox qalxın.

Hər səhər acqarına bir stəkan ilıq su için.

Yatmazdan 3 saat əvvəl ağır yeməklər yeməyin.

Karbonatlı ərzaqlardan az istifadə edin.

Siqaretdən uzaq durun.

Günün yarım saatını idmana və məşqlərə həsr edin.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR