Nikotini bədəndən təmizləməyin yolları
Bizi izləyin

Sağlamlıq

Nikotini bədəndən təmizləməyin yolları

Siqaret çəkənlərin orqanizmində toplanan nikotinin təsiri illərlə qala bilər. Məsələn, insanlar əsəbi olur, bu da onların həm emosional aləminə, həm də fiziki sağlamlığına zərər verir. Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, bəzi qida maddələri bu nikotini təmizləmək gücünə malikdir.

Kivi: Kivinin tərkibindəki maddələr nikotini orqanizmdən xaric edir.

Yerkökü suyu: Siqaretin tərkibindəki nikotinin orqanizmdə 3 gün qaldığını unutmayın. Sağlamlığa və dəriyə də zərər verən nikotinin bu təsirini azaltmaq üçün yerkökü suyu təklif olunur. Vitaminlərlə zəngin olan yerkökü suyu dərinin özünü yenilənməsini və nikotindən təmizlənməsini təmin edir.

Su: Su orqanizmdəki zəhərli maddələrin atılması üçün çox əhəmiyyətlidir. Orqanizminiz susuz qalarsa, hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azalması çətinləşir.

Gicitkən: Gicitkənin tərkibi bol miqdarda dəmir və dezinfeksiyaedici maddələrdən ibarətdir. Gicitkən otu orqanizmi nikotindən təmizləyən ən faydalı bitkidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm