• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bağırsaq xərçəngindən qoruyan lobya

Bağırsaq xərçəngindən qoruyan lobya

Artıq mövsümü yetişən lobyanın ağ, qırmızı, yaşıl rənglərdə olan müxtəlif növləri var. Yaşıl lobyanın kalorisi quru lobyadan daha azdır. 100 qram lobyada cəmi 30 kalori enerji var. Halbuki quru qırmızı lobyanın 100 qramında 340 kalori olur.

Bütün lobyaların tərkibində C, A, B vitaminləri var. Bununla yanaşı lobya dəmir, fosfor, kalsium, kalium deposudur. Yaşıl lobyanın kalorisi az olsa da, qüvvətli qidalardan hesab edilir.

Sümüklər üçün faydalıdır

Yaşıl lobyanın tərkibində K vitamini olduğundan sümükləri gücləndirmək üçün çox önəmlidir. K1 vitamini sümüyün tərkibində olan zülalı fəallaşdırır. Zülal sümüklərdə olan kalsiumu qoruyub saxlayır.

Ürəyi qoruyur

Yaşıl lobya ürək və diabet xəstələri üçün çox faydalıdır. Tərkibində A və C vitamini olduğundan antioksidant sayılır. Antioksidant bədənə virusların daxil olmasının qarşısını alırlar. Bununla yanaşı, yaşıl lobyanın tərkibində kalium, fol turşusu və maqnezium var. Bu maddələrin hər biri ürəyi gücləndirən maddələrdir. Kalium və maqnezium həm də qan təzyiqini aşağı salır.

Bağırsaq xərçənginin qarşısını alır

Yaşıl lobya bağırsaq xərçəngindən qoruyur. C vitamini və karotin maddəsi bağırsaqları bakteriyalardan qoruyur. Yaşıl lobyanın tərkibində olan liflər xərçəng hüceyrələrinə yapışır və bu hüceyrələr bağırsağa zərər vurmamışdan əvvəl xaric olunur. Yaşıl lobya eyni zamanda, qəbizliyin qarşısını alır.

İltihaba qarşı

C vitamini və karotin maddəsi iltihabın qarşısını alır. Həmçinin miqren sancılarının azalmasına səbəb olur.

Dəmir ehtiyacını ödəyir

Yaşıl lobya dəmir deposudur. Yaşıl lobya qırmızı ət qədər dəmirə malikdir, eyni zamanda, az kalorilidir.

İmmun sistemini gücləndirir

Yaşıl lobyanın tərkibində C vitamini və karotin olduğu üçün immun sistemini gücləndirir.

Ləman

Xəbər lenti

DAHA ÇOX XƏBƏR