• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

33 milyon insanı öldürəcək ispan qripi gəlir

33 milyon insanı öldürəcək ispan qripi gəlir

Milyonlarla insanın həyatına son qoyacaq infeksion xəstəliklərin kütləvi epidemiyası proqnozlaşdırılır.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, belə açıqlama ilə “Maykrosoft” korporasiyasının Direktorlar Şurasının sədri Bill Geyts çıxış edib.

O, mümkün infeksiya faciəsinin modelini hazırlayacaq tədqiqatçılar qrupu formalaşdırdığını deyib. Tədqiqatçılar qərara gəliblər ki, ispan qripi kimi xəstəliklər yayılsa, 250 günə dünyada 33 milyon insan məhv olacaq:

“Xəstəliklərin yayılması baxımından biz bəşəriyyət tarixində ən təhlükəli mühit yaratmışıq”.

B.Geyts həmçinin iki dünya müharibəsində insan itkilərini ispan qripindən ölənlərin sayı ilə müqayisə edərək ispan qripinin XX əsrdə daha çox insanın həyatına son qoymasını sübut edib.

Onun qənaətinə görə, hazırkı şəraitdə istənilən infeksion xəstəliklərin pandemiyasının nəticələri 1918-1919-cu illər ispan qripinin nəticələrindən daha faciəli olacaq:

“Bəzi xəstəliklər artıq onlar çoxlu insan həyatına son qoyandan sonra məlum olur. Ebola virusu ilə bağlı vəziyyətdə də belə olub. Ekspertlər əmindir ki, bu xəstəlik ABŞ-da yayılsaydı, ona dərhal son qoyulardı. Lakin o, Afrikada olub. Qvineya epidemiyanı qəbul etmək istəmirdi, çünki bu, investisiyalar və turizm sahəsi üçün “ölüm” hökmü demək idi”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR