Kişilər üçün ən faydalı qidalar – FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Kişilər üçün ən faydalı qidalar – FOTOLAR

Hamiləliyə təsir edən ən mühüm amillərdən biri sperma sayının keyfiyyətli olmasıdır. Bu problemin qarşısını almaq üçün mütəxəssislər ata olmaq arzusunda olan kişilərə sperma artıran qidalardan yeməyi təklif edir. Bəs həmin qidalar hansılardır? Publika.az-ın sağlamlıq bölməsi sperma sayını artıran qidaların siyahısını təqdim edir:

Sperma sayını və keyfiyyətini artıran qidalar hansılardır?

Pomidor: Pomidorun tərkibində likopen maddəsi var. Likopen spermanın aktivliyini yaxşılaşdırır, quruluşunu və fəaliyyətini artırır.

Qoz: Sağlam kişinin sperması müxtəlif yağlı turşulardan ibarətdir. Omeqa 3 yağ turşuları baxımından zəngindir. Aparılan tədqiqatlara əsasən, qozun tərkibindəki yüksək miqdarda omeqa 3 turşuları spermanın böyüklüyünə təsir göstərir. Omeqa-3 turşusu qan dövranını yaxşılaşdırır və cinsi orqanlara qan axınını təmin edən cinsi funksionallığa müsbət təsir edir. Həmçinin, krab, krevetka, cücə yeməyiniz məsləhətdir.

Balqabaq tumu: Balqabaq tumu sinklə zəngindir. Sink çatışmazlığı testosteron və sperma azlığına səbəb ola bilər. Sperma inkişafında və testosteron istehsalında mühüm rol oynayır. Sink bir çox məhsullarda, həmçinin yoqurt, mal əti, yulafda olur.

Avokado: Fol turşusu - kişi və qadın cinsi həyatı üçün olduqca vacibdir. Bu turşunun orqanizmdə azlığı patologiyalı övladların dünyaya gəlməsinə səbəb ola bilər. Kişinin qanında fol turşusu azlığı zamanı spermada xromosom anomaliyası baş verə bilər. Avokado isə fol turşusu ilə zəngin qida sayılır.

Qarağat: Antioksidant tərkibli qarağat tərkibindəki faydalı maddələr sayəsində sağlam sperma yaranmasını təmin edir.

Nar: Nar ən çox antioksidant tərkibli meyvələrdən biridir. Libidonu, sperma keyfiyyətini və sayını artırır.

Qara şokolad: Şokoladın tərkibindəki antioksidantlar azad radikalları məhv edərək spermanın sayını və keyfiyyətini artırır.

Bibər: Spermatozoidlərin sayını və keyfiyyətini artırmaq üçün yaşıl tərəvəz, simirinka alması, xiyar, yaşıl bibər yeməlisiniz.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm