Selfi çəkdirmək hansı xəstəlikdən xəbər verir?
Bizi izləyin

Sağlamlıq

Selfi çəkdirmək hansı xəstəlikdən xəbər verir?

Amerikanın psixiatriya assosiasiyası bu vaxta qədər şübhəli qarşılanan faktı rəsmən təsdiqləyib: tez-tez öz şəklini çəkdirən (“selfie”) insanlarda psixi pozuntular müşahidə olunur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “selfitis” adlı psixi pozuntu yaşayan insanlar daima öz şəklini çəkib internetə yerləşdirmək və özünə inamsızlıq qüsurunu aradan qaldırmağa çalışır.

Amerika psixiatriya assosiasiyasının açıqlamasına görə, pozuntunun 3 səviyyəsi mövcuddur:

1. Məhdud selfitis: gün ərzində azı 3 dəfə öz-özünün şəklini çəkir, lakin sosial şəbəkədə şəklini yerləşdirmir.

2. Kəskin selfitis: gün ərzində azı 3 dəfə öz-özünün şəklini çəkir və hər bir şəkilləri sosial şəbəkədə yerləşdirir.

3. Xroniki selfitis: günün 24 saatı şəklini çəkdirir və gün ərzində sosial şəbəkəyə 6-dan çox selfi yerləşdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm