Xərçəngə tutulmamaq üçün bu məsləhətlərə mütləq əməl edin!
Bizi izləyin

Sağlamlıq

Xərçəngə tutulmamaq üçün bu məsləhətlərə mütləq əməl edin!

Türkiyəli aparıcı Esra Ceyhanın “Kanal D”-də yayımlanan proqramına qonaq olan Onkologiya İnstitutunun direktoru professor doktor Erkan Topuz hər kəsi şoka salan məlumatlar paylaşıb.

Xərçəng xəstələrinin sayının son illərdə sürətlə artmasının səbəblərindən danışan mütəxəssis xərçənglə mübarizəyə hələ ana bətnində olarkən başlamalı olduğumuzu vurğulayıb. Onun sözlərinə görə, xərçəngdən qorunmaq üsullarını bilib, onlara əməl etmək xərçəngin müalicəsinin tapılmasından daha önəmlidir. Həkimin sözlərinə görə, iqtisadiyyata təsir edən böyük şirkətlər xərçəngə səbəb olan maddələrlə bağlı həqiqətləri gizləyirlər. Onlar bu məlumatların xalqa çatdırılmasını istəmirlər.

Professorun sözlərinə görə, xüsusilə hamilələr və övlad sahibi olanlar xərçəngdən qorunmaq üçün aşağıdakı qaydalara mütləq əməl etməlidirlər:

*Evdə küçədə geyindiyiniz ayaqqabılar ilə gəzməyin. Əgər evdə mütləq ayaqqabı ilə gəzmək istəyirsinizsə, ev üçün xüsusi ayaqqabı ayırın. Unutmayın ki, küçədə geyindiyiniz ayaqqabıya çoxlu “pestisit”lər (təhlükəli kimyəvi maddələr) yapışır. Bu maddə xərçəngin ən böyük səbəblərindən biridir.

*Xalı bütün pestisitləri özünə yığır. Ona görə də, xalıların təmizliyinə xüsusi diqqət yetirilməlidir. Xalı təmizləyici vasitələrdən, kimyəvi yuyuculardan istifadə etməyin. Xalını sirkəli su ilə silin.

*Yuyucu vasitələrdən istifadə etdikdə mütləq əlcək taxmaq lazımdır. Ancaq bir çox insan rezin əlcəkdən istifadə edir. Bu, yolverilməzdir. Rezin əlcəkdən öncə pambıqdan hazırlanan əlcək geyinin. Çünki rezin əlcəklər özləri də xərçəngə səbəb olan maddələr ehtiva edirlər.

*Qab yumaq üçün istifadə etdiyiniz şampunlar neftdən hazırlanır. Yəni, xərçəngə səbəb olan maddələrlə dolu olurlar.

Əlcəksiz qab yuyarkən bu maddələr əlin dərisindən orqanizmə keçir. Qabyuyan maşından istifadə edənlər üçün də vəziyyət dəyişmir. Çünki hər iki halda qabları nə qədər yaxalamağınızdan asılı olmayaraq bu maddələr yapışıb qalır. Ona görə də qabları yuduqdan sonra limonlu və sirkəli su ilə yaxalamaq lazımdır.

*Əllərinizi kimyəvi maddələrlə dolu sabunlarla yumayın. Tərkibində zeytun yağı və ya dəfnə yarpağı olan sabundan istifadə edin. Hazırda təbii sabunlar tapmaq çətindir. Belə sabunları evdə də hazırlamaq olar. Əlləri sabunla yuduqda bol su ilə durulamaq lazımdır.

*Ağ rəngli alt paltarları aldıqda geyinmədən öncə ən az 2 dəfə qaynadın. Çünki geyimlərin dümağ olması üçün xərçəngə səbəb olan kimyəvi maddələrdən istifadə edilir.

*Hamilələr vitamin qəbul edərkən diqqətli olsunlar. Çünki həddən artıq qəbul edilən vitamin xərçəngə səbəb ola bilərlər. Vitaminlərin tərkibində müəyyən minerallar, xüsusi maddələr olur ki, bu, ana bətnindəki körpənin orqanizmində toplanıb gələcəkdə xərçəng meydana gətirə bilər.

*Hər gün göyqurşağının 7 rəngini süfrənizə gətirin. Yəni, qidalanarkən meyvə və tərəvəzlərin rəng çeşidliliyinə diqqət edin.

*Otaq spreyləri də neft mənşəlidir. Bu o deməkdir ki, sprey sıxılmış otaqda oturan insanın orqanizmi tənəffüs yolu ilə zəhərlənir. Otaq spreylərinin tərkibindəki maddələr ağciyərlərə keçir və immunitet sistemini dağıdır.

*Dondurulmuş tərəvəzlərdən istifadə etməyin. Donu açılan tərəvəzi təkrar dondurmaq olmaz. Tərəvəz yeməklərini dəfələrlə qızdırdıqda onların qida dəyəri ölür. Belə qidanı yedikdə insan DNT-si pozulur. Bu da xərçəngə tutulmaq riskini artırır.

*Radiasiya xərçəngin ən böyük səbəbidir.

Televizordan uzaq durmaq lazımdır. Kompüterin qarşısında saatlarla oturmaq xərçəngə gətirib çıxarır.

*Uşaqlara həftədə 2 dəfə balıq şorbası yedirtmək lazımdır. Balıq şorbasına sarıkök, soğan, sarımsaq və mövsüm tərəvəzləri əlavə etməyi tövsiyə edirəm.

*Hamilələr həftədə 1 kilo balıq yeməlidirlər.

1 kilodan çox yemək məsləhət deyil. Çünki balığın tərkibində civə var. Hamilələr dənizin dibində yaşayan balıqlardan uzaq durmalıdırlar. Onlar üçün Qızıl balıq məsləhətdir.

*Qızartma üçün ən uyğun yağ kanola yağıdır.

Yeməklərdə zeytun yağından istifadə etmək lazımdır.

*Uşaqlar fast-food qidaları yalnız 15 gündən bir yeyə bilərlər. Həftədə 3 dəfə belə qidaların qəbulu beyində şişə səbəb ola bilər. Bu cür qida rejimi qan xərçəngi riskini də artırır.

*Uşaqlar bol miqdarda meyvə və qatıq yeməlidirlər. Ancaq qatığı evdə özünüz hazırlayın. Pendir və kəsmik yeyin. Keçi pendirini xüsusilə, tövsiyə edirəm.

*Uşaqlara tərkibində un, şəkər və duzdan olan qidalar yedizdirməməyə çalışın.

Dəniz duzuna üstünlük verin. Duzdan mümkün olduğu qədər az istifadə edin.

*Ən faydalı qidalardan biri qozdur. Fındıq və badam da faydalıdır.

Günəbaxan tumunun da faydaları az deyil. Ancaq duzlanıb qovrulmuş halda satılanları almayın. Evdə özünüz qovurun və duz vurmayın.

Fındığı, qozu qabıqlı alın. Çünki ləpələnmiş halda satılan bu çərəzlərə qurd düşməməsi üçün dərman vurulur.

*Bol miqdarda alma yeyin.

*Rezin, mis və alüminiumdan hazırlanmış qablardan istifadə etməyin. Şüşə və poladdan hazırlanan qablar alın. Belə qabları yuduqdan sonra alma sirkəsi ilə yaxalayın.

*Meyvələrin daha parlaq görünməsi üçün üzərinə mum çəkirlər. Ona görə də meyvələri zeytun yağlı sabunla yuyub daha sonra alma sirkəsi ilə yaxalayın.

*Kələm, kahı kimi tərəvəzlərin üzdə olan qabıqları tullanmalıdır. Çünki onları nə qədər yusanız da, üzərindəki pestisitləri təmizləyə bilməyəcəksiniz.

*Meyvə şirəsi faydalıdır. Ancaq meyvənin tərkibindəki faydalı maddələrin hamısı şirəyə keçmir. Bu maddələrin çoxu şirəçəkən maşında qalır. Siz isə bunu zibilə atırsınız. Meyvənin şirəsi çəkildikdən sonra geridə qalan hissəni şirənin içərisinə əlavə edin.

Bu yoğun bağırsaq və mədə xərçəngindən qoruyur.

*Mis beyin xərçənginə səbəb olur. Mis əşyalardan uzaq durun. Əsla mis sırğa taxmayın.

*Uşaqlar süni yaşıllıqla örtülmüş meydançada futbol oynamasınlar. Çünki bu yaşıllıq xərçəngə səbəb olan maddələr ehtiva edir.

*Hovuzlar düzgün təmizlənməlidir. Ozonla təmizlənməsi normaldır. Ancaq suyun tərkibində həddən artıq xlor olarsa, yenə xərçəngə səbəb ola bilər.

*Uşaqların istifadə etdikləri dümağ kağızdan hazırlanmış dəftərlərin tərkibində xlor olur, bir sıra boya qələmləri və sulu boya vasitələri də xərçəngə səbəb olan maddələr ehtiva edirlər.

Professor sonda qeyd edib ki, 2020-ci ildə 20 milyon xərçəng xəstəsi olacaq. Lakin bu məsləhətlərə əməl etsək, bu say azala bilər. “Ana nə yeyirsə, uşaq da onu yeyir. Ona görə də, sağlam qidalanaraq uşaqlarınıza yaxşı nümunə olun".

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm