Səhiyyə
Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günüdür
15 fevral Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günüdür.
Publika.az xəbər verir ki, 2015-ci ildə 0-13 yaş arası 113, 14-17 yaş arası 24 uşağa ilk dəfə bədxassəli şiş diaqnozu qoyulub.
Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5%-ni təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərdən çox fərqlidir və əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar böyük bir qrup təşkil edir.
Mərkəzi sinir sisteminin şişləri və limfomalarda tez-tez rast gəlinən xəstəliklərdir. Digər bədxassəli şişlər məhz, nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7% təşkil edir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq ağciyər, süd vəzi xərçəngi və s.) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları Uşaq Onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.
2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində respublikada ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası fəaliyyətə başlanıb. Klinikada beynəlxalq protokollara uyğun olaraq, çox komponentli müalicənin bütün növləri icra edilir, o cümlədən, intensiv kimya terapiya, müasir şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Uşaq Onkoloji Klinikasında ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir. Mərkəzdə 19 həkim və 40 tibb bacısı çalışır.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO