“Nəzarətsiz antibiotik qəbul etmək çox təhlükəlidir” - İsmayıl Əfəndiyev
Bizi izləyin

Səhiyyə

“Nəzarətsiz antibiotik qəbul etmək çox təhlükəlidir” - İsmayıl Əfəndiyev

“2016-cı illə müqayisədə 2017-ci ildə dərman vasitələrindən zəhərlənmələrin sayı azalıb. 2016-cı ildə 732 nəfər dərmandan zəhərlənmişdisə, 2017-ci ildə bu rəqəm 714 olub”.

Publika.az bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kəskin zəhərlənməyə səbəb olan preparatlar, sedativ, yuxu gətirici və qıcolmaya səbəb olan dərmanlardır:

“Buna səbəb xəstənin bilərəkdən dozanı aşmasıdır. Bəzən özünəqəsd, intihar üçün bunu edirlər. Xəstəxanaya isə zəhərlənmə ilə daxil olurlar. Dərmandan zəhərlənənlərin 17 faizi uşaqlardır. Bu da əsasən uşaqların nəzarətsiz buraxılması nəticəsində olur. Avropa ölkələrində dərmanlar elə qablaşdırılır ki, uşaqlar onu ələ keçirsə də, aça bilmir. Bizdə də bu üsul tətbiq edilə bilər. Həmçinin dərmanların zibil qablarına atılması da, uşaqların zəhərlənməsinə səbəb olan hallardır. Kimyəvi maddələrin düzgün saxlanılmaması da uşaqların zəhərlənməsinə səbəb olur. Məsələn, çox zaman evlərdə xlor, esensi su qablarında və uşaqlara əl çatan yerdə saxlanılır”.

İ.Əfəndiyev söyləyib ki, zəhərlənmələrin bir qismi isə medikamentoz, kimyəvi maddələrə əlavə təsirlər və allergiyalar səbəbindən baş verir:

“2016-ci ildə müşahidə altında bu səbəbdən 246 xəstə olubsa, 2017-ci ildə bu rəqəm 230 olub. Araşdırmalar nəticəsində bəlli olub ki, bu zəhərlənmələrdə kəskin reaksiya verənlər başağrı dərmanları və müxtəlif antibiotiklərdi.

Son vaxtlar yoluxucu xəstəliklərinin sayı artıb. Bilmək lazımdır ki, bu xəstəliklərdə antibiotiklər təsir etmir. İnsanlar nəzarətsiz antibiotik qəbul edir, zəifləyən immunitet dərmana əks reaksiya verir. Ağrıkəsiciləri, hətta adi peyvənd və baş ağrı dərmanları qəbul edəndə diqqətli olmaq lazımdır. Hər hansı allergiya və digər xəsətliklərin gizlədilməsi, sonda anofilaktik şoka və daha ağır nəticələrə səbəb ola bilir. Antibiotik istifadə edəndə belə sınaqdan keçirtmək lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm