Antalyada da seçkinin qalibi məlum oldu - Yeniləndi
Bizi izləyin

Son dəqiqə

Antalyada da seçkinin qalibi məlum oldu - Yeniləndi

Antalyada da seçkinin qalibi məlum oldu - Yeniləndi

Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ədalət və İnkişaf Paryiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının baş-başa yarışdığı şəhərlərdən biri də Antalya idi. Artır bu şəhərdə də seçkilərin nəticəsi məlumdur.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 5289 seçki qutusundan 5264-ün açılmasından sonra AKP-nin namizədi Menderes Türelin qələbə qazandığı bəlli olub.Açılmayan 23 seçki qutusunun olduğunu deyən M.Turel ancaq 23 min səs fərqinin aradan qaldırılması üçün qalan səslərin də kifayət etməyəcəyini bildirib.

“Mübahisəsiz bir şəkildə AKP Antalyadakı seçkiləri 23 min səs fərqi ilə qazanmışdır. Açılan seçki qutularına görə, AKP-nin 474 min 472, CXP-nin isə 451 min 529 səsi var”, - AKP-nin namizədi söyləyib.

CXP-nin namizədi Mustafa Akaydının seçkilərdə manipulyasiya edildiyi ilə bağlı iddiaları şərh edən M.Türel Antalyada artıq çirkin siyasət dövrünün başa çatdığını bildirib.

Ömər Dağlı

10.56

Avropa İttifaqı (Aİ) naziri və başmüzakirəçi Mövlud Çavuşoğlu, yanında millət vəkilləri və vilayət rəhbərləri ilə birlikdə ədliyyə binasına gələrək Kepez mahalından çıxan nəticələrə etiraz edib və səslərin yenidən sayılmasını tələb edib.

Publika.Az türk mediasına isitinadən xəbər verir ki, bunu öyrənən Antalya Böyükşəhər Bələdiyyə Başçısı və namizədi CHP-li Mustafa Akaydın da partiya irəhbərləri ilə birlikdə ədliyyəyə gəlib. Ədliyyənin 5-inci mərtəbəsində qarşılaşan nazir və mer kameraların önündə mübahisə ediblər.

Gərginlikdən xəbər tutunca AKP-çilər və CHP-çilər ədliyyə binasının həyətinə toplanaraq qarşılıqlı şüar atmağa başlayıb. Polis qrupları, ədliyyədə iki qrup arasında barrikada meydana gətirib.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm