Sosial
Məhərrəmlikdə evlərdə toplaşmağa icazə verilməyəcək
"Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir".
Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, "Dini etiqad azadlığı
haqqında" qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol
verilmir.
M.Qurbanlı əlavə edib ki, bütün dini tədbirlər məscidin içərisində
və əhatəsində olmalıdır: "O cümlədən müxtəlif dini atributları da
nümayiş etdirmək olmaz. Bu, yalnız məscidin daxilində olmalıdır.
Əminəm ki, hamı bu qanuna əməl edəcək. Biz bu barədə geniş izahat
işi aparmışıq. Şənbə günü bizim bölgə şöbə müdirlərinin iştirakı
ilə müşavirə keçirəcəyik. Burada da yenə tapşırıqlar veriləcək. O
cümlədən, gələn həftə şeyxülislam Allahşükür Paşazadə ilə birgə
Lənkərana birgə səfərimiz olacaq. Biz orada bu məsələləri bir daha
müzakirə edəcəyik".
M.Qurbanlı qeyd edib ki, məhərrəmlik ayının keçirilməsi ilə bağlı
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası fətva verib: "Fətvada
birmənalı göstərilib ki, bu və ya digər ayinlər həyata keçirilərkən
qanuna əməl edilməlidir. Eyni zamanda, Azərbaycanda məscidlərdə bu
və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin tətbiq və təqdim
etdiyi təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz.
Çünki ölkəmizdə QMİ-nin tərtib etdiyi təqvim məscidlərə aiddir.
Məzhəbindən asılı olmayaraq, bütün məscidlər bu təqvimlərə əməl
etməlidirlər. Komitənin yerlərdə olan şöbələri buna əməl edilməsi
ilə əlaqədar monitorinqlər keçirəcəklər. Əgər hər hansı pozuntular
olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək".
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq