İçərişəhər sualtı muzeyə çevriləcək, Qız Qalası və Bakı meriyası...
Bizi izləyin

Sosial

İçərişəhər sualtı muzeyə çevriləcək, Qız Qalası və Bakı meriyası...

“Xəzər və Qara dənizlərində suyun səviyyəsi qalxacaq, iki dənizi birləşdirən kanal yaranacaq. Bakı şəhəri və Aran hissəsinin xeyli hissəsi də su altında qalacaq”.

“Xəzər və Qara dənizlərində suyun səviyyəsi qalxacaq, iki dənizi birləşdirən kanal yaranacaq. Bakı şəhəri və Aran hissəsinin xeyli hissəsi də su altında qalacaq”.

Alimlərin proqnozlarına görə, planetdə temperaturun artması nəticəsində buzlar əriyəcək və nəticəsi belə olacaq. Təbii ki, sulara qərq olan təkcə Bakı yox, dünyanın digər əraziləri də olacaq. Amma məsələ Bakı olanda “hara batırsa batsın” prinsipi işə düşür. Proqnozlar isə bununla bitmir, deyilənlərə görə, Qafqaz da Asiyadan ayrılmış olacaq. İlahi sən özün qoru...

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gələcəyə istinadən təsəvvür edək: İçərişəhər sualtı muzeyə çevriləcək. Qız Qalası sualtı rifi xatırladacaq. Məşədi İbadın hamamında balıqlar çiməcək. O, Bakı Şəhər İcra Hakimiyyətinin binası var ha, yəqin ki, balıqlar diyarında mer olan böyük balığın qərargahı olacaq. Onda yəqin ki, “Alov qüllələri”ndə ev indikindən 10, bəlkə də 100 qat baha olacaq. (Nə qədər imkan var, oradan bir ev, yaxud obyekt əldə etsəniz, gələcəyə böyük kapital yatırmış olarsınız. Bu da bizdən sizə ən böyük yaxşılıq).

Amma mən heç nəyə yox, İçərişəhərdəki “Daşdəmirin yeri” deyilən kafedə piti yemək azarımı unutmaq məcburiyyətində qalacağıma pis oluram. Daşdəmir dayı 50 ilin aşpazıdır (müsəlmanın 50 ili), yeməklərinə söz ola bilməz. O gün xəngəl yemək üçün gedəndə, mediamızdan xeyli giley-güzar elədi. Dedi ki, jurnalistlər onların alverini öldürür. “O gün bir xəbər yazıblar ki, milli yeməklərimiz adamı öldürür”, - Daşdəmir dayı bir xeyli gileyləndi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nə qədər təskinlik versək də, dayanmadan hey danışırdı.

“Mənim iradım təkcə media əhlinə deyil, camaatadır. Saytlarda oxuyurlar “əndrabadi” yeməklərin adlarını, gəlib məndən tüklü pendir, İtaliya göbələkləri, nə bilim kral yemişi istəyirlər. Mən gözümü açandan xaş görmüşəm, piti yemişəm, xəngəl bişirmişəm. Hələ biri mənə deyir ki, mənə Almaz kürüsü gətir. Atan-baban kürümü yeyib, sən də istəyirsən”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Heyf “Daşdəmirin yeri”ndən. Sel-su yuyub aparacaq. Amma bir şeyə də sevinirəm. Deyirəm, nə yaxşı ki, sarayım, villam yoxdur. Misal üçün, sabah sel gələndə bir klaviaturamı, bir qələmi, bir də eynəyimi götürüb qaçacam. Bəs, bu Təranə Qumral neynəyəcək. Adamın əsil saray kimi evi var. Evini hansı gəmiyə yükləyib aparacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Evsiz olduğuma görə ilk dəfədir sevinirəm. Kirayədə qalmağın ləzzəti ayrı olur.

Hələ bu kənd məktəbində dərs demək istəməyən kişi müəllimlərinə bax. Müəllimliyi oxuyanlar Xınalığa getmək istəmirlər. Nə var, nə var, ora uzaqdır, dağın başıdır. Bu gün-sabah, Bakını sel aparanda onsuz da hamı Xınalığa qaçacaq. Elə indidən gedin, özünüzə yer eləyin. Sabah biz gələndə də evinizi baha qiymətə kirayəyə verərsiniz.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yenə də özünüz bilən məsləhətdir. Amma son yağışlar zamanı Venesiyaya gedib-gəlməyimizdən sonra belə fürsətləri qaçırmamanız məsləhətdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amma deyəsən camaat alimlərin dediklərini ciddiyə almırlar. Proqnozlar, gözləntilər qalıb bir kənarda, hamı Üzeyirin məsələsini müzakirə edir. Yox, Hacıbəylini demirəm, Mehdizadəni deyirəm.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Deyirəm ki, Allah Hacıbəylini vaxtında yanına aparıb, yoxsa...

Nəriman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm