“O səs Türkiyə”dən imtina və azərbaycanlı qızın Türkiyə macəraları - HƏFTƏLİK XÜLASƏ
Bizi izləyin

Sosial

“O səs Türkiyə”dən imtina və azərbaycanlı qızın Türkiyə macəraları - HƏFTƏLİK XÜLASƏ

Dostoyevskidən tutmuş, Kamil Zeynallıya qədər...

XIX əsrdə yaşayış Dostoyeviski sən demə təkcə “Cinayət və Cəza”, “İdiot” kimi romanların müəllifi yox, həm də Nostradamus, Vanqa kimi gələcəyi görən imiş. Bu günlərdə xəbər yayıldı ki, Dostoyeviskinin gələcəklə bağlı proqnozları tapılıb. Böyük yazıçı hesab edir ki, “slavyan xalqları Rusiyadan azad olacaqlar və ona qarşı düşmənçiliyə başlayacaqlar. Avropa onları tanımağa başlayacaq. Onlar İngiltərə və Almaniya kimi ölkələrdən Rusiyadan qorunmaq üçün zəmanət istəyəcəklər, Avropa onları Rusiyadan qorumağı üzərinə götürəcək. Onlar özlərini inandıracaqlar ki, Rusiyaya kiçik minnətdarlıq belə borclu deyillər, əksinə Avropanın müdaxiləsi ilə Rusiyanın hakimiyyətpərəstliyindən güclə xilas ola biliblər. Ruslardan üz çevirən slavyanlar uzun illər öz azadlıqları üzərində titrəyəcək, Rusiyadan qorxacaqlar və Avropaya yaltaqlanacaqlar. Hər-hansı bədbəxtçiliyə düçar olanda isə onlar mütləq Rusiyaya müraciət edəcəklər və Avropa ilə yenidən düşmən olacaqlar. Görəcəklər ki, əgər onlar dünyada mövcuddurlarsa, Rusiya maqnit kimi onları özünə çəkərək birliyi təmin edir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dostoyeviskinin sözlərindən belə çıxır ki, Rusiya ilə müharibə aparan Ukrayna Avropaya üz çevirəcək və yenidən Moskvanın yanına qayıdacaq. Hər nə qədər inandırıcı görünməsə də, Avropanın düşdüyü vəziyyət fonunda bu mümkün görünür.

O Avropa ki, hazırda Türkiyəni zəiflədib Kipri almaq istəyirlər.

Türkiyə ciddi şəkildə buna qarşı çıxır. Baş verənlər ikinci Kipr hərəkatını başlanması ehtimalını gündəmə gətirir.

Lakin bu həftə siyasi baxımdan o qədər də rəngarəng olmadı. Əvəzində “O səs Türkiyə” yarışmasında iştirak edən, daha sonra yarışmadan uzaqlaşdırılan azərbaycanlı gənclər “Acun media”dan tutmuş, Azərbaycan mediasına qədər hər şeyi qarışdırdı.

Aybəniz Həşimovanın qızı Aynişan Quliyeva yazdı ki, Acun İlacılı yarışmada “qapalı seçmə” yaradıb və istedadları ilə fərqlənən azərbaycanlı gəncləri bilərəkdən yarışmadan uzaqlaşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Elə bundan sonra əsil qalmaqal başlandı. Yarışmadan uzaqlaşdırılan iştirakçılar bir-bir ürək sözlərini boşaltdılar. Gülşən İbadova isə müsahibəsində bütün gizlinləri açıb tökdü. Ona edilən haqsızlıqdan tutmuş, Acunun şou yaratdığına, “qapalı seçmə”də 32 saniyədə baş verənlərə qədər hər şeydən danışdı.

Sonda azərbaycanlı gənclərə tövsiyə etdi ki, daha “O səs Türkiyə”yə getməsinlər, gedib özlərini məhv etməsinlər. Onun bu açıqlamasının yəqin ki, ciddi təsiri olacaq və gələcəkdə Azərbaycandan yarışmaya qatılanlar azalacaq. Hətta lap gələcəkdə azərbaycanlı gənclərin o yarışmaya getməkdən birdəfəlik imtina edəcəyi gün də gəlib çıxa bilər. Təbii ki, bunun üçün ilk növbədə onlara alternativ yaratmaq, yəni “O səs Azərbaycan” yarışmasını gücləndirmək lazımdır.

Yeri gəlmişkən, biz Acun İlacılının özü ilə əlaqə saxlayıb məsələni aydınlaşdırmaq istəsək də, bu mümkün olmadı. Zarafat deyil, o boyda Acundan danışırıq. O, nəinki zəngə cavab verər, ümumiyyətlə onunla danışmağa kontur belə çatmaz. Amma Acun da sonda dilləndi və açıqladı ki, azərbaycanlı iştirakçıların yarışmadan uzaqlaşdırılması sərf istedad məsələsinə və oxumaq qabiliyyətinə görədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beləcə həftəni yola verəcəyimizi düşünürdük ki, Şəmkirdə orta məktəbdə seks qalmaqalı başlandı. Məktəbin direktoru Akif Namazovun laborant Xatirə Əliyevaya əxlaqsız təklifi gündəmi zəbt etdi. Direktor bunu təkzib etdi, Xatirə xanım inad etdi. Məsələ çox böyüdü və direktorun işdən azad olunması ilə nəticələndi. Amma X. Əliyevanəın yaydığı səs yazısı direktorun vəzifəsindən uzaqlaşdırılmasının doğru qərar olduğunu da təsdiqlədi.

Bu həftə ümumiyyətlə seks kasetlərinin bolluğu yaşandı. Hətta Rusiyanın əlində ABŞ-ın yeni prezidenti Donald Trampla yanaşı, Ermənistan prezidenti Serj Sarkisyanın da seks kasetinin olduğu xəbəri yayıldı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Seks kasetlərindən başımız ayılmamış, idman ustası Kamil Zeynallı “Toy olmayacaq” verilişinin aparıcısı Şəbnəm Hüseynovanı pis-pis söyüşlərə qərq elədi.

Qarşı tərəf də sakit durmadı və Kamilin cavabını verdi.

Bu həftəni beləcə yola saldıq. Amma növbəti qalmaqalların gələn həftə də davam edəcəyi gözləniləndir. Ən azından türkiyədə evlənmək proqramına çıxan Naz adlı azərbaycanlı qızın özünə yaxşı ər tapana qədər gündəmdən düşməyəcəyi dəqiqdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm