Sosial
Bakıda Türkiyənin mədəniyyət və turizm günləri başlayır – FOTOLAR
Mayın 20-dən 21-dək Bakının Sabir bağı ərazisində Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək.
Publika.az xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə təşkil olunacaq.
Tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutacaq.
Səfirliklə yanaşı İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.
Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.
Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türk sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak edəcəklər.
Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.
Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.
İki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər.
Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.
Tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.
Vasif Həsənli
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO