7 min tələbə təhsilini yarımçıq qoyub - Təhsil haqqına görə
Bizi izləyin

Sosial

7 min tələbə təhsilini yarımçıq qoyub - Təhsil haqqına görə

7 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, təhsilini yarımçıq qoyub.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib.

O deyib ki, ölkədə tələbələrə təhsil kreditlərinin ayrılması ilə bağlı dəfələrlə məsələ qaldırılsa da, bu tam həllini tapmayıb:

“Düzdür, Tələbə Kredit Fondu fəaliyyət göstərir. Lakin ölkədə 162 min tələbə var, ötən il onlardan yalnız 200-ü kreditlə təmin edilib. Bu əlbəttə, yetərli deyil. Bu yaxınlarda aldığım məlumata görə, 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən imtina edib. Bunun nə demək olduğunu təxmin etmək çətin deyil. Ona görə də tələbələrin kreditlərin ödənilməsi üçün təhsilə yardım fondunun yaradılmasını təklif edirəm. Həmçinin, valideynlərdən biri yoxdursa, uşaqlardan biri əlildirsə, ali təhsil alan digər uşağın təhsil haqqından azad edilməsinə baxılması barədə maliyyə nazirinə müraciət etmək istəyirəm”.

Millət vəkili Bakıda sıxlığı azaltmaq üçün həyata keçirilən işlərə də toxunub. Lakin bunun da kifayət etmədiyini deyir:

“Bunun səbəbi küçələrin kənarında iki-üç zolağın avtomobil dayanacağı kimi istifadə edilməsidir. Bu problemi həll etmək lazımdır. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti bu istiqamətdə işlər görür. Lakin dayanacaqların sayını artırmağa ehtiyac var. Hazırkı durumda isə bu dayanacaqlar əlverişli hesab edilmir, çünki çəkilən xərci çıxara bilmirlər. Buna görə də, bu cür dayanacaqları tikən sahibkarların müəyyən qədər vergidən azad edilməsini təklif edirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm