Bakıda Novruz festivalı keçiriləcək
Bizi izləyin

Sosial

Bakıda Novruz festivalı keçiriləcək

Martın 20-dən etibarən paytaxtda təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər iştirak edəcək.

Publika.az-a nazirlikdən bildirilib ki, Fəvvarələr meydanında reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Festival çərçivəsində təşkil olunacaq yarmarkada iştirak edən xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkarlıq nümunələrini yaxından tanımaq imkanı əldə edəcəklər.

Eyni zamanda, fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq ki, qonaqlar bayram əhvalını tam mənasında yaşaya bilsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm