Cənubi Qafqaz
Sarkisyan iki yoldan birini seçməyə MƏCBUR QALDI: ya güc, ya...
Ermənistanın baş naziri Sarkisyanın iki yolu qalıb: ya
aksiyaları güc yolu ilə dağıtmaq, ya da istefa vermək.
Publika.az xəbər verir ki, “lragir” nəşri Sarkisyanın bu
iki yoldan birini seçmək istəmədiyini yazır.
Nəşr qeyd edir ki, hakimiyyət üçüncü yolu gözləyir: “Onlar
Paşinyanın rəhbərlik etdiyi etirazçıların yorulacağını və evlərinə
qayıdacaqlarını gözləyirlər. Hərçənd, bu, baş vermir. Nikol ağıllı
davranır və onun tərəfdarları hər keçən gün artır. Hətta təkcə
küçədə yox, məktəblərdə, evlərdə passiv etirazçılar çoxalır. Digər
tərəfdən, əhali etirazçıların İrəvan küçələrində tıxac
yaratmasından narahat deyillər, əksinə onlara dəstək verirlər.
Məktəb direktorları da Sarkisyanı dəstəkləmir. Qaqik Sarukyanın
rəhbərlik etdiyi “Sarukyan” bloku da hakimiyyəti dəstəkləmir. Hər
şey Sarkisyanın əleyhinə çevrilib, lakin o, istefaya
hazırdırmı?!”.
İrəvanla yanaşı, Ermənistanın ucqar yaşayış məntəqələrində də
“Serj, get!” şüarları səsləndirilir. Marzax kəndinin ağsaqqalları
da ayağa qalxaraq, etiraza qoşulublar.
Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, xalqın etiraz
dalğasının qarşısını almaq mümkün olmayacaq.
Son məlumatlara görə, dünyada tanınmış ermənilər - Serj Tankyan,
Şarl Aznavur, Arsin Xandjyan da Sarkisyanın istefasını tələb
ediblər. Erməni diasporu faktiki olaraq, rejimə qarşı çıxır.
Erməni politoloq Ara Papyan bildirir ki, Sarkisyan etirazçılara güc
tətbiq edəcəksə, təcrid olunacaq.
Asif
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər