Ermənistanda “məxməri inqilab”ın başa çatacağı TARİX AÇIQLANDI
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda “məxməri inqilab”ın başa çatacağı TARİX AÇIQLANDI

Ermənistan parlamentinə növbədənkənar seçkilər 1-2 ay ərzində keçirilməlidir.

Publika.az xəbər verir ki, bunuErmənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan brifinqdə bildirib.

“Seçkilər qısa müddətə, bir-iki ay ərzində aylar keçirilməlidir”, - o deyib.

O əlavə edib ki, inqilab məntiqi sonluğuna çatmadan heç bir fasilə olmayacaq:

“Sabah Respublika meydanında mitinq keçirəcəyik. İnqilabın məntiqi tamamlanması isə xalqın namizədinin baş nazir seçilməsi ilə olacaq”.

Nikol Paşinyan növbədənkənar seçkilərə hazırlığı Ermənistanın müvəqqəti hökumətinin əsas vəzifəsi adlandırıb. O, müvəqqəti hökumətin heyətinə vətəndaş cəmiyyətinin nümayəndələrinin daxil olmasını istisna etməyib.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-də başlayıb. Paşinyan aprelin 17-də “məxməri inqilab”In başlandığını elan edib. Dünən isə Sej Sarkisyan istefa verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm