Paşinyan SÖZ VERDİ: “Hakimiyyətə gəlsəm, sizi...”
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan SÖZ VERDİ: “Hakimiyyətə gəlsəm, sizi...”

Ermənistanda etiraz aksiyalarının lideri, müxalifət deputatı Nikol Paşinyan hakimiyyətə gələcəyi halda, siyasi dustaqları azad edəcəyinə söz verib.

Publika.az xəbər verir ki, Paşinyan bu haqda paytaxt İrəvanın şimal rayonları üzrə yürüşdən sonra keçirilən mitinqdə bildirib.

Daha əvvəl müxalifət 2016-cı ildə İrəvanda patrul-post xidmətinin binasına hücumun iştirakçılarını azad etməyi tələb edib. Həmin hücumda 3 polis öldürülmüş, bina iyulun 17-dən 31-dək silahlıların əlində qalmışdı.

Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar aprelin 13-də başlanıb. Müxalifət aprelin 17-də “məxmər inqilab”ının başlandığını elan etdi. Etirazlara baxmayaraq, Ermənistan parlamenti həmin gün Sarkisyanı Nazirlər Kabinetinin başçısı seçib.

Lakin aprelin 23-də Sarkisyan davam edən etiraz aksiyalarının fonunda istefaya gedib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm