• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Londonda “Qafqaz” adlı Türkiyə-Azərbaycan filminin premyerası olub

Londonda “Qafqaz” adlı Türkiyə-Azərbaycan filminin premyerası olub

Londonda Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycan ilə Türkiyə kinematoqrafçılarının birgə çəkdiyi “Qafqaz” bədii filminin premyerası olmuşdur.

Xəzər Strateji İnstitutu (HASEN), Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Gənclər və İdman Nazirliyi filmə sponsorluq etmişlər.

Filmin nümayişindən əvvəl, HASEN-in baş katibi Haldun Yavaş filmin istehsalçılarına və ərsəyə gətirilməsində dəstəyi olanlara minnətdarlığını ifadə etmişdir.

Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz filmin Azərbaycan və Türkiyə qardaşlığının bir nümunəsi olduğunu bildirmişdir.

Hər iki ölkə kinematoqrafçılarının gələcəkdə də uğurlu layihələrdə iştirak edəcəklərindən əminliyini ifadə etmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov iştirakçıları qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik etmişdir.

Səfir, filmdə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

Beynəlxalq təşkilatlarda Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsini xüsusi qeyd etmişdir.

Layihəni yüksək qiymətləndirən diplomat, çıxışının sonunda filmin ərsəyə gətirilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə etmişdir.

Milli Məclisin deputatı Ceyhun Osmanlı layihənin başlaması və filmin çəkilişi haqqında məlumat vermişdir.

Filmin rejissoru və baş rolun oyunçusu Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazaz hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən filmdə rol almaqdan məmnunluqlarını ifadə etmişlər.

Çıxışlarından sonar sənətçilərə Qarabağ xalçaları hədiyyə edilmişdir.

Gerçək hekayəyə əsaslanan film, 1992-ci illərin hadisələrini canlandıran romantik-sevgi filmidir.

Filmdə aktrisa, “Miss Türkiyə-2001”-in qalibi Tuğçe Kazaz və “Ayna” Qrupunun solisti Erhan Güləryüz, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı və başqaları rol almışlar.

Film tamaşaçıların böyük rəğbətini qazanmışdır.

baku-art.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR