“Çölçü” filmi daha bir Beynəlxalq Festivala dəvət alıb
Bizi izləyin

Tabloid.az

“Çölçü” filmi daha bir Beynəlxalq Festivala dəvət alıb

Şamil Əliyevin “Çölçü” filmi daha bir Beynəlxalq Festivala dəvət alıb. 3-cü Madrid Beynəlxal Film festivalında iki mükafat üzrə nominatdır.

Şamil Əliyevin “Çölçü” filmi daha bir Beynəlxalq Festivala dəvət alıb. 3-cü Madrid Beynəlxal Film festivalında iki mükafat üzrə nominatdır.

1.Ən yaxşı xarici dildə olan film – Şamil Əliy

2.Ən yaxşı xarici dildə olan filmin aktisası – Salome Demuria

Festival 2014-cü ilin iylun 11-dən 19-dək ərəfədə Madriddə (İspaniya) baş tutacaq.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.


Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.


“Çölçü” filminin süjet xətti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur...

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 19 Beynəlxalq kinofestivalı və forumlarda iştirak etmiş Priz və Diplomlara layiq görülmüşdür.2013-cü ilin Humay Milli Mükafatına layiq görülmüşdür. 86-cı Oscar Mükafatının uzun siyahısında Azərbaycanı təmsil etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm