Rəqsanə həyatını dəyişən reper haqqında danışdı
Bizi izləyin

Tabloid.az

Rəqsanə həyatını dəyişən reper haqqında danışdı

Ötən həftə avtomobil qəzasında dünyasını itirən Hüseyn Dəryanın qəbrinin üstünə çəkiləcək xərci müğənni Rəqsanə İsmayılova öz büdcəsindən ödəyəcək. Bu barədə xəbər yayılsa da, Rəqsanə bunun reklam kimi dəyərləndirilməsini istəməyib:

“Bunun müsəlman borcu olduğunu düşünürəm. Hüseyn Dərya faciəvi şəkildə həyatını itirdi. Düşünürəm ki, mənim addımım ailəsinə bir dəstək olar”.

Müğənni Rəqsanə yaradıcılıq planlarından da danışdı:

“Birigün Naxçıvan Muxtar Respublikasına yola düşürəm. Bildiyiniz kimi orada bayram konsertim olacaq. Ayın 22-si Piterə 2-3 günlük səfərim olacaq. Daha sonra yenidən Bakıya qayıdacam. Martın 30-da isə Türkiyəyə gedib, hazırda montaj olunan klipimi təhvil alacam”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm