• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Azərbaycanlı xanəndə festivalda hamıdan fərqləndi

Azərbaycanlı xanəndə festivalda  hamıdan fərqləndi

Xanəndə Qocaq Əsgərov Texasın Austin şəhərində keçirilən “Cənub-Qərb” festivalında çıxış edib. Mədəniyyət və Turzim Nazirliyinin dəstəyi ilə baş tutan yaradıcılıq səfəri uğurlu keçib.

Xanəndəmizin Avropada konsertləri ilə tanınması onu bir çox ölkə təmsilçilərindən fərqləndirib. Ermənistanın da qatıldığı bu festivalda yalnız azərbaycanlı musiqiçilərə 3 günlük konsert proqramı ayrılıb. Digərlərinin payına bir gün çıxış etmək düşüb.Konsertlər Austin şəhərində fərqli məkanlarda baş tutub. Hər çıxışında repertuarı təkrarlamayan xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət ediblər.

Bunun ardınca həmyerlilərimiz Texasa yol alıb. Səfər Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən Azərbaycan cəmiyyətində olublar. Cəmiyyətin sədri İradə Axundovanın dəvəti və təşəbbüsü ilə orada yaşayan azərbaycanlılar üçün bayram konserti təşkil edilib. Daha sonra İradə xanım heyəti dünyada məhşur olan “Ağaxan” fonduna qonaq edib. Daha bir konsert isə fondun icması üçün keçirilib.

Austindəki 3günlük konsertini təsadüf hesab etməyən Qocaq Əsgərov təəssüratlarından danışıb.

“Qeyd edim ki, bizi bu festivala Qlin Dolfi adlı rejissor dəvət edib. O respublikamızda olub və istedadlı xanəndə, musiqiçilər haqqında film çəkib.

Məni bu festivala həmin şəxs dəvət etdi. Sag olsun Mədəniyyət və Turiz Nazirliyi festivala qatılmağımıza dəstəy oldu. YUNESKO-nun eksperti, musiqişunas Sənubər Bağırova isə həmişə olduğu kimi festivalla bağlı bütün hazırlıqları öz çiynində daşıdı. Biz yola düşmədən əvvəl öyrəndik ki, payımıza 1 yox, 3 konsert düşüb.

Bunu təşkilat komitəsi mənim Avropa ölkələrində ən prestijli konsert məkanlarnıda verdiyim 40-dan çox uğurlu konsertlərimə görə, eyni zamanda Avropada tanındığım üçün etdiklərinin bildiriblər. Və bütün bu detalları Sənubər xanıma çatdırırdılar. Festival möhtəşəm keçdi. İzləyicilər bir-birindən gözəl ifaları dinləməklə yanaşı, çoxlu sayda qırıcı təyyarələrin səmada festivalı tərənnüm edən yazıları əks etdirməsinidə izlədilər”.

Zəminə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR