Rəqsanə Türkiyədən qayıdıb təqdimat edəcək
Bizi izləyin

Tabloid.az

Rəqsanə Türkiyədən qayıdıb təqdimat edəcək

Müğənni Rəqsanə İsmayılovanı qarşıda yenə bol səfərlər gözləyir. Ötən gün Moskvaya yola düşən sənətçinin növbəti gedəcəyi ölkə Türkiyədir. Qısa zamanda qardaş ölkədə olacaq Rəqsanə xanımın bu həftə içi yenidən Bakıya qayıdacağı nəzərdə tutulub.

Sənətçi Publika.az-a bildirib ki, Türkiyəyə gedib, hazır klipini təhvil alacaq. Tezlikdə Bakıya gəlməyinin əsas səbəbi klipi təqdim etməkdir. Sənətçi üçün Türkiyədə də təqdimat nəzərdə tutlub. Yaradıcılığı türk mediasının diqqətində olan sənətçi orada nəzərdə tutulan təqdimatın bu zərurətdən yarandığını bildirib.

Müğənninin Türkiyə ilə bağlı planları davam edir. Təfərrüatını açmayan R.İsmayılova planlarını çalışdığı heyətə tam etibar etdiyini deyib.

Xatırladaq ki, ekranlaşdırılan mahnı “Alma məndən gözlərimi” adlanır və rejissoru Teoman Topçudur.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm