Brilliant Dadaşova kimi boykot edir? - Foto
Bizi izləyin

Tabloid.az

Brilliant Dadaşova kimi boykot edir? - Foto

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrin birindəki səhifəsində fanatlarına müraciət edib. Müğənnini özündən çıxaran kiminsə onun adından instagram hesabı açaraq insanları aldatması olub. Belə ki, məhz bir neçə müddət açılan instagram hesabında qeyri müəyyən şəxs müğənninin adından istifadə edərək digər şou biznes nümayəndələrinə rəylər bildirir. Bununla bağlı sənətkar xanım facebook dostlarına üzünü tutaraq bunları söyləyib :

"Əziz facebook dostlarım. Kimsə, hansısa axmağın birisi mənim adımdan İnstagram-da səhifə açıb. Xahiş edirəm, ciddi qəbul etməyəsiniz. Hətta onu boykot edə bilərsiz”.

Hazırda Brilliant xanım İstanbulda albomu üzərində çalışır. Xalq artisti həm də saçlarına yeni görkəm verib. Onun İstanbuldan son fotolarını təqdim edirik.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm