Dilarə Kazımova “Sarı gəlin”i ifa etdi - VİDEO
Bizi izləyin

Tabloid.az

Dilarə Kazımova “Sarı gəlin”i ifa etdi - VİDEO

Dilarə Kazımova “Sarı gəlin”i ifa etdi - VİDEO

“Eurovision-2014” təmsilçimiz Ukraynada yarışa qatıldı.Azərbaycan müğənnisi Dilarə Kazımova Ukraynanın “Qolos” şousunda görmədən dinləmə mərhələsini uğurla keçib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Eurovision-2014” təmsilçisi, müğənni Dilarə Kazımova dünyada məşhur olan “The Voise” şousunun analoqu “Qolos Krayni” müsabiqəsində iştirak edib. İlk turda müğənni “Döyüşsüz təslim olmaram” adlı meqahiti ifa edib. İfa etdiyi mahnının müəllifi bəstəkar Svyatoslv Vakarçuk münsiflər heyətinin tərkibində idi. O, müğənniyə son anda dönərək, mahnının ifasından daha çox müğənninin səsinə heyran olduğunu söyləyib. Və Dilarə Kazımovaya:

“Sizin səsinizdə sizi məşhur müğənni edə biləcək nə isə var” - deyən Vakarçuk Azərbaycan repertuarından da nə isə ifa etməyi xahiş edib. İfaçı Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.

Vakarçuk səhnəyə qalxaraq müğənnini qucaqlayıb öpərək “Afərin!” deyib. Qeyd edək ki, münsiflər heyətinin tərkibinə Tamara Qvartiselli, Sergey Lazerev və Ani Lorak daxildir. Onların heç biri müğənninin səsinə dönməyiblər. Müğənni müsabiqədə iştirakını S.Vakarçukun komandasında davam edəcək.

Qeyd edək ki, bu müsabiqədə iştirak Dilarə Kazımovanın “Eurovision- 2014” yarışmasında iştirakına heç bir təsir etməyəcək. Dilarə Kazımovadan öncə bu layihədə Vaqif Nağıyev də çox uğurla çıxış edib. O, isə öz iştirakını Tamara Qvartisellinin komandasında davam etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm