Tabloid.az
İradə İbrahimovaya ilk hədiyyə qayınatasından gəldi
Sevilən müğənni İradə İbrahimova bu gün yeni yaşına qədəm qoydu.Çevrəsindən hər zaman sevgi və doğmalıq görən İradə xanım bunu Tanrının ona ən böyük hədiyyəsi kimi qiymətləndirir. Xanım sənətçimiz özəl günündə təəssüratlarını məbuatla bölüşdü:
“Allaha şükür edirəm ki, bu yaşımı görməyi mənə nəsib edir. Tanrımdan sevdiklərimlə, əzizlərimlə, dostlarımla daha çox ad günləri keçirməyi nəsib etməsini diləyirəm. Yaş üstə yaş gəldikcə, daha da dolğunlaşdığımı və kövrək olduğumu anlayıram. Övladım dünyaya gələndən həyatın daha şirin olduğunu bir daha gördüm” – deyən sənətçi axşam dost məclisi təşkil olunacağını bildirdi.
“Axşam ailə üzvlərimiz, dostlarla bir məkana toplaşacağıq. Ən önəmlisi isə odur ki, bu ad günümdə bacım Nigar yanımdadır. İlk təbriki bacımdan, həyat yoldaşım Ceyhundan aldım. Hədiyyələrini bu gün təqdim edəcəklər. İlk hədiyyəm qayınatamdan oldu - antik qramofon. Çox dəyərli hədiyyədir mənim üçün. Ad günümü Əlixan Səmədovun nigah yeməyinə qatılmaqla keçirəcəm. Sonra ailə və dost məclisində davam edəcək”.
Əldə etdiyimiz məlumata görə, uzun illərdir Türkiyədə yaşayan balaban ifaçısı Əlixan bəy növbəti dəfə ailə həyatı qurur və azərbaycanılara məxsus restoranların birində nigah yeməyi təşkil edib.
Zəminə
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi