• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nuriyyə Əhmədovanın halı qəfildən pisləşdi - ÖZƏL

Nuriyyə Əhmədovanın halı qəfildən pisləşdi - ÖZƏL

Bu gecə xalq artisti Nuriyyə Əhmədovanın səhhəti qəfildən pisləşib. Ağrılara dözə bilmədiyindən huşunu itirən xalq artistininin köməyinə həkimlər gəlib.

Bu barədə Publika.az-a aktrisanın bacısı Maya xanım məlumat verib. Onun sözlərinə görə, hazırda Nuriyyə xanım özünə gəlsə də, ağrılardan əziyyət çəkir: “Həkimlər onun yeriməsini istəyirdilər, buna görə də ayağa qaldırmağa cəhd etdilər. Lakin bu, mumkun olmadı. Hələ ki, yataqdan qalxa bilməyən bacım indən belə on gün də belə vəziyyətdə qalacaq.On gündən sonra həkimlər yeriməsinə yardım edəcək, təbii ki, əgər səhhəti buna imkan versə. Həkimlər onun yeriyəcəyini deyirlər, amma hər şey ola bilər. Sevindirici hal budur ki, ayaqlarında hissiyyat var”.

Onu da öyrəndik ki, sənət dostlarından Nuriyyə xanıma baş çəkənlər o qədər də çox deyil: “Nahidə Orucova, Kubra Əliyeva bacıma baş çəkib”.

Bəs Mədəniyyət və Turizm nazirliyindən necə, aktrisanın səhhəti ilə maraqlanan olubmu? -sualına bacısının cavabı belə olub: “Yalan deyərəm, onlardan heç kim Nuriyyə ilə maraqlanmayıb. Bacımın bütün xərclərini də özüm çəkirəm”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR