• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müğənni Ayanın 25 yaşı tamam oldu

Müğənni Ayanın 25 yaşı tamam oldu

Müğənninin mətbuat katibi xəbər verir ki, gənc ana və sevilən müğəniyə özəl günündə dostları parti təşkil edib, Ayanı təbrik edbilər. Ertəsi gün isə Ayan uzun illərin dostlarını ətrafına topladı.

Bir masa arxasına cəm olan ziyalılar - bəstəkar, şairə Xanım İsmayılqızı, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar Elçin İmanov, aktyor Şeyx Əbdül Mahmudbəyov səbəbkar haqqında ən xoş arzularını dilə gətirdilər. Yubileyin davam edən saatlarında Ayanla illərdir dostluq edən məşhur şirniyyatçı, “Bu, bir sirdir” verlişinin aparıcısı və rəhbəri Bəhruz bəy özünün hazırladığı tortla məclisin iştirakçıları sırasına qatılıb.

Qeyd edək ki, Xanım İsmayılqızının Ayan xanımla yaradıcılıq münasibəti son illərə söykənir. Müğənni xanım bəstəkardan həm yaradıcılıq dəstəyi, həm doğmalıq gördüyündən, münasibətin qarşılıqlı olduğunu bildirir. Baba Vəziroğlu ilə Ayan Babakişiyevanın dostluğu isə uzun illərin dostluğudur. Şairin daha çox bəstəkar Kamal müəllimlə birlikdə yazdığı bir neçə mahnıya nəfəs verən Ayan Babakişiyeva bu tandemdə uğurlu nəğmələrin davam edəcəyinə söz verib. Elçin İmanovu həm mənəvi atası və ilk müəllimi adlandıran yubilyar ondan bu gün də öyrəndiyini və yeni bəstələrini səsləndirəcəyini bildirib.

Ayanın sənətinə hörmət edən Şeyx Əbdül Mahmudbəyov onun uğurlarının davam etməsini və övladına gözəl ana olmağı arzuladı. Qeyd edək ki, Ayan qardaşı Samir Babakişiyevlə ekizdilər. Hazırda Türkiyədə çalışan sənətçinin qardaşı özəl günlərində ailəsinin yanında olmağı tərcih edib.

Zəminə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR