Tabloid.az
Əzizə Mustafazadənin Serbiyada konserti keçirilib
Aprelin 26-da Mədəniyyət və Turizm Nazirliyinin və Serbiyadakı səfirliyimizin dəstəyi, habelə Novı Sad Beynəlxalq Musiqi Festivalının (NOMUS) təşkilatçılığı ilə Serbiyanın mədəniyyət və incəsənət paytaxtı hesab edilən Novı Sad şəhərində Azərbaycanın dünya şöhrətli musiqiçisi, artıq UNESCO-nun Ümumdünya Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli muğamımızı caz musiqisi ilə ahəngləşdirərək beynəlxalq səviyyədə tanıdan Vaqif Mustafazadənin layiqli davamçısı Əzizə Mustafazadənin möhtəşəm konserti keçirilib.
NOMUS beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunmuş bu
konsertdə həm yerli, həm də xarici tamaşaçılar Ə.Mustafazadənin
özünəməxsus və rəngarəng ifasını heyranlıq və gurultulu alqışlarla
qarşılamış, konsertin yekununda onu üç dəfə təkrar ifa üçün səhnəyə
çağırmışlar.
Səfirliyin dəvəti əsasında Serbiyanın hökümət və parlament üzvləri,
Novı Sad şəhərinin rəhbərliyi, eləcə də Serbiyanın tanınmış siyasi,
ictimai və mədəniyyət xadimləri, həmçinin Serbiya-Azərbaycan
Dostluq Cəmiyyətinin, Belqrad şəhərində fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət
Palatasının üzvləri qeyd olunan konsertdə tamaşaçı qismində iştirak
etmişlər.
Qeyd olunan konsert Serbiya KİV-də geniş işıqlandırılmışdır.
Novı Sad şəhərinə səfəri çərçivəsində səfirliyimizin əməkdaşları
Ə.Mustafazadə ilə görüşmüş, ona Azərbaycan dövlətinin Serbiyada
həyata keçiridiyi humanitar layihələr, o cümlədən konsertin
keçirildiyi Novı Sad şəhərində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırığı və Azərbaycan dövlətinin
dəstəyi ilə Dunay çayının sahilində inşa edilmiş "Üzeyir Hacıbəyli"
memorial kompleksi, voyevodinalı qaçqınların müraciəti əsasında
əsaslı təmir və bərpa edilmiş "Müqəddəs Petka" kilsəsi, habelə Novı
Sad İncəsənət Akademiyasının musiqi sahəsində fərqlənən üç ən yaxşı
tələbəsinə Azərbaycan Hökuməti tərəfindən "Üzeyir Hacıbəyli
təqaüdünün" verildiyi barədə məlumat verilmişdir. Ə.Mustafazadə
hazırda daimi əsasda xaricdə yaşadığına baxmayaraq ürəyinin hər
zaman Azərbaycanla döyündüyünü və doğma vətənimizin uğurlarının onu
hədsiz sevindirdiyini, özünün də bütün qüvvəsi ilə Azərbaycanı
xaricdə təmsil etmək əzmində olduğunu bildirmişdir.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"