Məşhurlar əvvəl və sonra - Foto
Bizi izləyin

Tabloid.az

Məşhurlar əvvəl və sonra - Foto

Tanınmış adamların əksəriyyəti vaxtlarının çoxunu xarici görkəmlərinə qulluğa ayırır.

Publika.az məşhurların karyeraları çərçivəsində necə dəyişməsini təqdim edir.

  1. Mişel Pfayfer, 1986-2012

Aktrisanın geyim imici ilə yanaşı saçlarına edilmiş səliqəsiz kimyəvi düzləşdirmə açıq-aydın görünür. İllər keçməsinə baxmayaraq, aktrisa ildən-ilə daha da gözəlləşir.

  1. Culiya Roberts, 1989-2013

Culiyanın Hollivudsayağı gülüşü hələ də özünü qoruyub saxlaya bilib, lakin qaşlarından başqa. Süni qıvrım saçlar isə düz saçlarla əvəzlənib.

  1. Cudi Foster, 1977-2012

Bu ötən illər ərzində Cudi bir neçə kiloqram çəki ata bilib, qeyri-ənənəvi oriyentasiyalı olduğunu etiraf edib və 2 uşaq dünyaya gətirib. Lakin dəyişməyən aktrisanın kare saç düzümüdür.

  1. Sindi Krouford, 1989-2013

Havalı saçlar artıq geridə qalsa da, Sindinin gözlərindəki ehtiras hələ də yaşayır. Bu azmış kimi onun gözəlliyi hesab olunan xal öz əvvəlki yerində qalmaqda davam edir.

  1. Meq Rayan, 1986-2013

Çox təəssüf, illər Rayanı korlayıb. Aktrisanın simasındakı botoks onun üzündə yad gülüş yaradıb.

  1. Kortni Koks, 1987-2013

Kortni Nuh əyyamından qalma geyimini peşəkar dizaynerlərin hazırladığı geyim stilinə dəyişib.

  1. Mel Qibson, 1984-2013

10 uşaq atası olan Mel demək olar bu illər ərzində heç də pis görünmür. Göy gözləri əvvəlki təravətini qoruyub saxlayıb, hətta ağ saçları ona xüsusi bir yaraşıq verir.

  1. Tom Kruz, 1983-2013

Bu günkü gündə Tom çox varlı və özünə inamlıdır. Əvvəlki görkəmindən fərqli olaraq, aristokratlara bənzəməyə çalışması onun füsunkarlığını azaldıb. Bununla belə, Tom ən yaraşıqlı aktyorlardan biri hesab olunur.

  1. Leonardo Di Kaprio, 1989-2013

Oğlan böyüyərək “Titanik”-də boğuldu, “Başlanğıc” filmində üzdü, ən gözəl model qızlarla görüşdü və ən nəhayət, Oskarsız qaldı. İndiki görkəmi ilə o, hətta qrimsiz belə proletariat rolunda oynaya bilər.

  1. Nikol Kidman, 1987-2013

Bu illər ərzində Nikol təbii buruqlarından, Tom Kruzdan və 3 ögey övladından imtina edib.

  1. Holli Berri, 1983-2013

Yəqin bu qadın əbədi cavan qalmağın sirrini bilir. Demək olar ki, Holli burnundan başqa heç dəyişməyib.

  1. Cenifer Eniston, 1990-2013

Görünür, Cenifer də əbədi cavan qalmaq üçün “ürəyini şeytana” satıb. O, fizika və kimyanın bütün qanunlarını təkzib edərək, əvvəlki görkəmini qoruyub saxlaya bilib.

  1. Anjelina Coli, 1980-2013

Balaca Enji nə vaxtsa dünyanın ən gözəl qadını olacağını, dünyanın ən yaraşıqlı kişisinə ərə gedəcəyini, bədəninə 19 tatu döydürəcəyini, 3 uşaq doğacağını və 4 uşağı himayəsinə götürəcəyini heç zaman ağlına gətirə bilməzdi.

  1. Dryu Berrimor, 1983-2013

Bu illər ərzində Dryi çəkisini atıb, narkotik və spirtli içkilərə qurşanıb, 3 dəfə ərə gedib və Hollivudda uzun müddət çalışmasına baxmayaraq, yüksək qonorar belə almayıb.

  1. Keyt Hadson, 1989-2013

Şəlpə qulaq, kiçik döşlü, kifir burunlu aktrisanın bəxti onda gətirib ki, ulduz ailəsində doğulub.

  1. Qvinet Peltrou, 1980-2013

Peltrou da ulduz ailəsində doğulub. Həm də yəhudi ailəsində. Onun əsrarəngiz təbəssümü hələ də işıq saçır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm