Bülbül adına orta ixtisas musiqi məktəbi yeni uğura imza atıb
Bizi izləyin

Tabloid.az

Bülbül adına orta ixtisas musiqi məktəbi yeni uğura imza atıb

Bülbül adına orta ixtisas musiqi məktəbi yeni uğura imza atıb

ISESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq müsabiqəsi"ndə Bülbül adına orta ixtisas musiqi məktəbinin X sinif şagirdi Zərifə Alxazova (skripka ixtisası) "Gran-Pri" mükafatına layiq görülüb.

Publika.az-ın məlumatına görə, Z.Alxazova ISESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq müsabiqəsi"ndə iştirak edib.

Məktəbin VIII sinif şagirdi Elarə Əliyeva fortepiano üzrə, IX sinif şagirdi Cəmilə Əsgərzadə violin üzrə II yerə, VII sinif şagirdi Əsədova Ləman violin üzrə III yerə layiq görülərək laureat adını qazanıblar.

Musiqi festivalında Turkiyə, Mərakeş, Küveyt, Rusiya, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, Indoneziya və Azərbaycan nümayəndələri iştirak edib. İfaçılar 2 yaş qrupu - 15 yaşadək və 15-20 yaşarası qruplar üzrə yarışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm