Amaliya Pənahova: “Bığlı, yarıçılpaq qadın idim...”
Bizi izləyin

Tabloid.az

Amaliya Pənahova: “Bığlı, yarıçılpaq qadın idim...”

Xalq artisti Amaliya Pənahova yeni imicini tənqid edənlərə yenidən iradlarını bildirib.

“Qafqazinfo”nun məlumatına görə, xalq artisti “ATV maqazin” verilişinə açıqlamasında lazım gələrsə, başını keçəl belə edəcəyini qeyd edib:

“Əməliyyat etdirmək mənim işim üçün lazım idi, insanlar isə bunu başa düşmür. Yeni imicim haqda danışan aktyor və aktrisalar özlərini şoumenlərlə qarışdırırlar və gündəmdə qalmaq üçün qeyri-adi nəsə edirlər, şayiələr yayırlar. Lakin müxbirlər bu söz-söhbətlərin kimə yapışıb-yapışmayacağını düşünməlidirlər. Dəyərli aktyorumuz Həsən Məmmədovun saçları erkən bəyazlamışdı, bir gün gördük ki, saçları qıpqırmızı gəzir. Sənət adamları onu başa düşdü. Adi insanlara bu şok təsiri bağışladı, dedilər ki, kişi başına xına qoyar? Sonra gördük ki, o “İstintaq” filminə çəkilib.

Qırx yaşımda 75 yaşlı qadın obrazını oynadım, heç kim mənə demədi ki, cavan xanım niyə yaşlı qadını oynayır.

“Qərib cinlər diyarında” filminə çəkildim. Orada üzü tüklü, bığlı, yarıçılpaq qadın obrazını canlandırdım, lakin heç kim məni günahlandırmadı. O mən deyildim ki, obraz idi. Sənətimin xatirinə, sevdiyim obraza görə lazım olsa, başımı keçəl də edəcəm. Mən hər şeyi sənətim üçün edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm