Tanınmış prodüser: “Günay İbrahimli ilə lezbiyan olmağım…”
Bizi izləyin

Tabloid.az

Tanınmış prodüser: “Günay İbrahimli ilə lezbiyan olmağım…”

Tanınmış prodüser: “Günay İbrahimli ilə lezbiyan olmağım…”

Evimi girovdan çıxarmaq üçün 40 min manata qədər pul ödəmişəm

Onun adı daha çox qalmaqallarda hallanır. Şəxsi həyatı gündəmdən düşməyən, səmimi, gülərüz, açıqsözlü prodüser Təranə Səmədova Publika.Az-ın suallarını cavablandırdı:

- Niyə qalmaqallı prodüser kimi tanınırsız?

- Səbəbkarı özüm olsam da, niyəsi hələ də mənə qaranlıqdı. Mən demokratik və özümü mühakimə edən insanam. Hərdən oturub düşünürəm. Səhvsiz insan yoxdur. Mənim də hansısa səhvlərim olub. Haqqın tapdalandısa, haqqını tələb etməlisən. Haqqını tələb etməsən, səni tapdalayıb, üstündən keçməyə çalışırlar. Müəyyən mənada haqqını tələb etmək üçün səsini çixaranda belə ad qoyurlar.

- Həmkarlarınla münasibətin necədir?

- Hər kəslə münasibətim yaxşıdır. Heç bir prodüserlə problemim yoxdur.

- Həmkarın Avropa prodüseri Sultanla kiçik bir qalmaqalın olub.

- Mən onunla verlişdə qonaq oldum. Sultan burada olmasa da, danışacaqlarımı, o verlişdə də üzünə demişəm. Mən o insanın mətbuata verdiyi açıqlamaları, özü haqqında danışdıqlarını ciddiyə almıram. Bu söz onu çox qıcıqlandırıb, özündən çıxardı. Mən hər kəsi olduğu kimi qəbul edirəm. Sadəcə olaraq o insandan özümə qarşı hörmət görmüşəm deyə mən də ona hörmətlə yanaşmışam. O, ölkədə prodüser yoxdu, mən bir nömrəli prodüserəm, hamı mənim paxıllığımı çəkir kimi sözlər işlədib. Heç vaxt bu açıqlamalara qıcıqlanıb, danışmırdım. Mən onu ciddiyə almıram. Onun məqsədi tanınmaqdır.

- Lamiyə Novruzova ilə yollarınız ayrıldı. Səbəb kimi qarşı tərəfin tənbəlliyini göstərdiz.

- Mətbuatda bir neçə açıqlamalar yazıldı ki, mən demişəm Lamiyə tənbəldir. Mən də xanımam, o da xanımdır. Qısa müddət ərzində bir-birimizi insan kimi tanıdıq. Təkcə işbirliyimiz yox, dostluq münasibətimiz də yaranmışdı. Sadəcə işbirliyimiz alınmadı. Jurnalistlər də yazı axtarır. Bir az Lamiyənin iş birliyimizdə gecikləmələri var idi. Mətbuat bunu qısaldıb, tənbəl kimi qələmə verdi. Lamiyə də məndən incidi, canı sağ olsun.

- Bütün çalışdığın simalarla küsülü ayrılırsız?

- Ayrılmaq qərarı veriləndə istər-istəməz problem yaranır. İlk şou-biznesə gələndə işlədiyim insan Günel Ələkbərova olub. Onunla münasibətim indi də əladır. Rəqsanəylə çalışmağa başladım.

- Rəqsanə ilə münasibətiniz necədir?

- Mən o insanı mühakimə etmirəm, çünki özüm də mühakimə olunmaqdan qorxuram. Elə bir hərəkətlər edirdi ki, sonradan onun müqabilində özünə haqq qazandırmağa çalışırdı. Cəmiyyətdə özünü yaxşı göstərmək üçün çox yalanlara əl atdı. Mənə xələl gətirən insanlarla, münasibətimin olmasını istəmirəm. Sadəcə olaraq o insan mənə uyğun deyil. Mənim həyata baxışım tamam fərqlidir. Mən o biri dünyanı düşünürəm. O insanlar etdikləri günahı dərk etmirlərsə bu onların problemidir.

- Günay İbrahimli ilə sevgi münasibəti yaşamısız? Mətbuatda ayrılma səbəbi kimi bunu göstərirdilər.

- ( gülür) Qulağıma bu məsələ çatıb. Günay İbrahimli ilə mənim lezbiyan olmağım xəbərini eşidəndə çox güldüm. Günayın şəxsi həyatı qapalı idi, ancaq mənim şəxsi həyatım gündəmdə olub. Mən ailə həyatı qurmuşam, övladım var. Rəqsanə kimi dırnaq arası dostlarım şəxsi həyatım haqqında bağıra-bağıra danışıblar. Gülməli bir şeydir. İşbirliyimizin sona çatmasının məntiqli səbəbini tapa bilməyiblər. Yəqin ki, səbəb bunlar bir-birilərini sevib, qısqanıb ayrılıblar ( gülür) . Ayrılmağımızın tutarlı bir səbəbi yox idi.

- Prodüser kimi birdən artıq simayla eyni anda çalışmısız?

- Çalışmışam, indi amma peşmanam. 2-3 müğənni ilə işləsəm, bir- biri arasında qısqanclıq yaranır. Ona görə iş birliyinin sonu uğursuzluqla nəticələnə bilər. Var gücümlə biri üzərində çalışıram.

- Qalmaqallarınız çox olub?

- Qalmaqallarım Rəqsanə və Şarm qrupu ilə olub. Rəqsanə elə bir insandır ki, onun həyatı səs-küysüz ötüşmür. Bütün həyatı səs-küy üzərində qurulub. Şarm qrupu da tanınmaq üçün qalmaqal etdi. Mən buna imkan vermədim. Əsas müğənninin şəxsiyyət vəsiqəsi sənətidir. Biri soyundu, biri boşandı, biri əncir yarpağı ilə fotosessiya etdi, Səidənin nənəsi məsələsi kimi şeylər müğənnini gündəmdə saxlamır. Mənim boşanmağımdan 6 il keçir. Hər zaman yenə də mən müzakirə olunuram. Keçmiş həyat yoldaşım məndən danışdığına, daha yaxşı olmazmı klip çəkdirib, mahnı yazdırsın? Klip təqdimatı zamanı mövzu yenə Təranə olur. Yaşar Cəlilov ilə Kərim ağız-ağıza verib, Təranəni müzakirə edir. A kişi, klipindən danış.

- Məhkəmələrdə daha çox görünürsüz.

- Rəqsanə, Şarm qrupu ilə məhkəməm olub. Birini vəkilim yarıtmadı. Məhkəmə vaxtı yadından çıxmışdı. Sadəcə olaraq cəriməmi ödədim. Evimi girovdan çıxarmaq üçün 40 min manata qədər pul ödəmişəm. Digər iki məhkəmənin isə sübutları müəyyənləşmədi və baxılmamış saxlanıldı.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm