
Danimarkanın paytaxiında 59-cu “Eurovision-2014” mahnı müsabiqəsinin ilk yarımfinalı başlayıb.
İlk yarımfinalda Azərbaycan təmsilçisi Dilarə Kazımova 8-ci çıxış edəcək.
Bu günkü yarımfinalda Latviya, Estoniya, İsveç, İslandiya, Albaniya, Rusiya, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Niderland, Monteneqro, Macarıstan və Ermənistan təmsilçiləri də çıxış edəcəklər.
01: 22
Azərbaycanın “Eurovision 2014” mahnı
müsabiqəsində təmsilçisi Dilarə Kazımova yarışmanın birinci
yarımfinal mərhələsində səkkizinci nömrə altında çıxış
edib.
Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi “Start a fire” mahnısını ifa edib.
02:00
Səsvermənin nəticələrinə görə, Monteneqro, Rusiya, Macarıstan, Ermənistan, Azərbaycan, San-Marino, Ukrayna, İsveç, Niderland və İslandiya finala vəsiqə qazanıb.
Final şousu mayın 11-inə keçən gecə olacaq.