Aparıcının həyat yoldaşı: “Deyir, pul ver, uşağını göstərim”
Bizi izləyin

Tabloid.az

Aparıcının həyat yoldaşı: “Deyir, pul ver, uşağını göstərim”

Aparıcı Lətafət Ələkbərovanın dünən "Öz aramızda" verilişində həyat yoldaşı haqqında dedikləri böyük səs-küyə səbəb olub.

Aparıcı Lətafət Ələkbərovanın dünən "Öz aramızda" verilişində həyat yoldaşı haqqında dedikləri böyük səs-küyə səbəb olub.

Belə ki, L.Ələkbərova adıçəkilən proqramda boşanma səbəblərini açıqlayaraq həyat yoldaşının ona xəyanət etdiyini, hamilə olarkən ac qaldığını demişdi.

Aparıcının keçmiş həyat yoldaşı Nicat Cəfərov bu gün elə həmin verilişdə L.Ələkbərovanı yalançılıqda ittiham edib:

“Bu hadisədən altı il keçib. Niyə bunu indi danışır? Reklama ehtiyacı var, ona görə məsələni bu cür şişirdir. Söhbəti eşidəndə yalnız güldüm. Bu qədər yalan olmaz. Onunla ailə quranda 19 yaşım var idi. Əgər alfons olsaydım, ondan istifadə edərdim. Deyir "telefonum yox idi". Var idi. Sadəcə şou – biznes adamlarının 99 faizi ona zəng edirdi. Bu da məni narahat etdiyi üçün nömrəni dəyişdim. Deyir "efirdən uzaqlaşdım". Mən ola-ola “Azəri star” verilişini aparırdı. İndi dəfələrlə uşağımı götürüb gəlib ki, pul ver, övladını sənə göstərim. İstəmirəm. Övladımı pulla görmək mənə lazım deyil. Bu hərəkətləri ilə uşaqdan da soyudub. Allah haqqı, ac qalmayıb. Hansı zəmanədə yaşayırıq? Gəzmişik də, hardasa oturmuşuq da... 19 yaşındakı bir oğlandan milyon gözləyirdi? Nə edə bilərdim?!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm