Jurnalist “Mənə nə” dedi və görün neylədi? - FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

Jurnalist “Mənə nə” dedi və görün neylədi? - FOTOLAR, VİDEO

Jurnalist Azər Nəsibovun müəllifi olduğu “Mənə nə” adlı mahnıya çəkilən klipin təqdimat mərasimi oldu.

Publika.az-ın məlumatına görə, mahnının ifaçısı Müşviq yeni klipini təqdim etdi. Fərqli və maraqlı tərzi ilə seçilən klipi rejissor Rəhman Əliyev ekranlaşdırıb. Operator işi Deleeyə, montajı Səidə aiddir. Yayın hitlərindən olacaq “Mənə nə”nin klipində müğənninin tərəf müqabili İTV-nin aparıcısı, model Brilliant Bəhmənovadır.

Təqdimat mərasiminə qatılan xalq artisti Nisə Qasımova, əməkdar artist, bəstəkar Gövhər Həsənzadə, tanınmış müğənnilər Ümman, Ayan, Xatun, Lətifə Soyuöz, Emil Bədəlov, rəqqasə Fatimə, Arif Səlimov və başqaları təəssüratlarını paylaşdılar. Tədbirin aparıcısı populyar teleaparıcı Zaur Nəbioğlu olacaq.

Mahnısı barədə çox danışmayan Azər “əsas dinləyicilərin fikridir” dedi. Doğrudan da son vaxtlar bayağılığı ilə göz deşən kliplərdən fərqli olaraq yeni ekran işi maraqla qarşılandı. Həmkarımızın musiqisinə isə sadəcə “əhsən!” demək qaldı.

Cəvahir Səlimqızı

Foto: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm