Aleksandr Rıbakın Bakı konsertindən FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aleksandr Rıbakın Bakı konsertindən FOTOLAR

Dünən norveçli müğənni və skripkaçı, “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edib.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təqdim edilən konsert Aleksandr Rıbak ilə tamaşaçılar arasında yaranan sıx və səmimi münasibətlə yadda qalan olub. Tanınmış ifaçı konsertin təşkilində əməyi olan hər kəsə, o cümlədən Heydər Əliyev Mərkəzinə və Norveçin Azərbaycandakı səfirliyinə dərin təşəkkürünü bildirib.

Konsertdə Respublika İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərini ifa etmişlər. Aleksandr Rıbak azərbaycanlı şagirdlərlə birgə müəllifi olduğu mahnıları, o cümlədən ona “Eurovision-2009” mahnı müsabiqəsində qalibiyyət gətirən “Fairytale” mahnısını təqdim edib. Norveçli müğənni Bakı tamaşaçıları qarşısında, həmçinin repertuarından bir çox hitləri səsləndirib.

Xatırladaq ki, Aleksandr Rıbak 2009-cu ildə “Fairytale” mahnısı ilə “Eurovision” mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib. Layihə gənc istedadlara dəstək məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzində Aleksandr Rıbakın çıxışı alqışlarla qarşılanıb.










Oxumağa davam et
Reklam
Reklam

Gündəm