Tabloid.az
AzərTAc-ın fotomüxbiri Rusiyada qalibi olub
AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının "Bizim Olimpiada" fotomüsabiqəsinin qalibi olub.
Mükafatların təqdim edilməsi mərasimi mayın 19-da
Sankt-Peterburqda keçirilmişdir. AzərTAc-ın fotomüxbirinin işləri
müsabiqəyə təqdim edilmiş 1500 fotoqrafiya arasında ən yaxşılardan
hesab edilmişdir. İlqar Cəfərov "Daha sürətli! Daha yuxarı! Daha
güclü!" və "Sankt-Petreburqun Olimpiya ənənələri" nominasiyalarında
qalib gəlib.
Müsabiqə 2014-cü il yanvarın 24-dən martın 24-dək keçirilmişdir.
Müxtəlif ölkələrdən 300-ə yaxın iştirakçı öz işlərini müsabiqəyə
göndərmişdi. Onların arasında Azərbaycan, Bolqarıstan, Belarus,
Almaniya, Qazaxıstan, Ukrayna və Rusiya nümayəndələri vardı.
Müsabiqəyə yekun vuran münsiflər heyətinin sədri Rusiya Qəhrəmanı,
altı dəfə Olimpiya çempionu Lyubov Yeqorovadır. Münsiflər heyətinin
üzvləri olimpiya hərəkatı, Soçi Olimpiya oyunlarının parlaq şəkildə
təşkil edilməsi, idmançıların mübarizəsi və azarkeşlərin dəstəyi
mövzularına həsr edilmiş 1500-dən çox işin təqdim edildiyi
müsabiqənin qaliblərinə və laureatlarına mükafatları təntənəli
mərasimdə təqdim etmişlər.
Müsabiqəyə təqdim olunmuş işlər aşağıdakı nominasiyalar üzrə
qiymətləndirilmişdir: "İdmanın birləşdirdiyi dünya", "Soçi -
inkişaf ərazisi", "Daha sürətli! Daha yuxarı! Daha güclü!" və
"Sankt-Peterburqun olimpiya ənənələri". Müsabiqənin final
mərhələsinə çatmış bütün işlər Prezident Kitabxanasının Olimpiya
Kolleksiyasına daxil ediləcəkdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov
mərasimdə çıxış etmişdir. O, qeyd etmişdir ki, AzərTAc-ın
fotomüxbirinin bu müsabiqədə nail olduğu yüksək nəticə Azərbaycan
xalqının zəngin yaradıcı potensialını və müxtəlif xalqların dinc
yanaşı yaşamasına imkan verən Sankt-Peterburqun xüsusi ab-havasını
təsdiq edir. Baş konsul demişdir: "Rusiyanın Soçidə parlaq
səviyyədə keçirdiyi olimpiada da birlik nümunəsi oldu".
Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşinin
vurğulamışdır ki, müsabiqəyə təqdim edilmiş işlər peşəkar idman
biliciləri və tanınmış ictimai xadimlər tərəfindən
qiymətləndirilmişdir.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər