Bollivudun məşhur kişi aktyorları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bollivudun məşhur kişi aktyorları - FOTOLAR

Şah Ruh Xan

1965-ci il noyabrın 2-də Nyu-Dehli şəhərində anadan olmuşdur. Hal-hazırda aktyor, prodüser, ssenari müəllifi kimi fəaliyyət göstərir. Məktəbdə Şah Ruh Xanı “Poçt qatarı” (Mail Gadda) adlandırırdılar. Çünki qaçış üzrə yarışda 200-400 m qaçaraq çempion olmuşdu. Atası Məhəmməd Xan Tai hüquqşünas idi. Hindistanın məhşur döyüşçüsü olub. Anası Fatimə Xan ictimai hakim idi. 1981-ci il sentyabrın 19-da atası xərçəng xəstəliyindən vəfat edib. 1991-ci il aprelin 15-də anası qanının zəhərlənməsi nəticəsində vəfat etmişdir. Şah Ruh Xanın 3 övladı var. 2013-ci il mayın 27-də onun üçüncü övladı surroqat anadan dünyaya gəlmişdir. Adı İbrahimdir.

Salman Xan

Salman Xan (Salman Khan) — məşhur Hindistan aktyoru və teleaparıcıdır. Atası Səlim Xan, anası Salma Xan, ögey anası Helen, bacıları Alvira və Arpita, qardaşları Arbaaz və Soheyldir. 1965-ci il dekabrın 27-də İndur rayonunda anadan olmuşdur. Onun əsl adı Əbdül Rəşid Salman Xandır. Anası Salma Xan rəssam, atası Səlim Xan isə yazıçı və ssenaristdir. Beş uşaq içində Salman ən böyüyüdür. O, Hindistanın bir nömrəli aktyor olduğunu iddia edir. Subaydır.

Aamir Xan

1965-ci il martın 14-də Mumbay şəhərində anadan olub. Prodüser, yazıçı, direktor kimi fəaliyyət göstərir. Tam adı - Aamir Hüseyn Xandır (Aamir Hussain Khan). Onun atası Tahir Hüseyn (Tahir Hussain) rejissor, əmisi Nasir Hüseyn (Nasir Hussain) direktor olmuşdur. Gözəl aktyor dəyişikliyi sevən insandır. Hələ uşaq ikən filmə çəkilməyə (1973-ci ildə) başlayıb. Birinci həyat yoldaşından ayrılıb, iki övladı var. Hal-hazırda Kiran Rao ilə ailəlidir, bir övladı var.

Saif Ali Xan

Aktyor, prodüser, müğənni kimi fəaliyyət göstərir. 1970-ci il avqustun 16-da Nyu-Dehli şəhərində anadan olub. Onun atası Mansur Ali Xan kriket üzrə çempiondur. Milli komandanın keçmiş kapitanı olub. Anası Şarmila Taqor – aktrisadır. Saif Ali Xanın birinci həyat yoldaşından iki övladı var - Sara və İbrahim. O, gitarada ifa etməyi bacarır. Saif Ali Xan iki kral evlərin varisi sayılır. Onun uşaqlığı müsəlman ailəsində Quran oxumaqla keçib. Saif Alinin nənəsi onun dini təhsilini izləyirmiş. O deyir ki, din onun tərbiyəsində mühüm rol oynayır. Saif Ali Xan 2012-ci ildə Karina Kapurla evlənmişdir.

Emraan Hashmi

Aktyorun tam adı Emran Anvar Hashmidir. 1979-ci il martın 24-də Bombey şəhərində anadan olub. Atası Anvar müsəlmandır. Anası Mahera katolikdir. 2005-ci ildə ailə həyatı qurub, bir oğlu var.

John Abraham

Aktyorun əsl adı Farhan Abrahamdır. 1972-ci il dekabrın 17-də Mumbay şəhərində anadan olub. Johnun atası katolik, anası isə iranlıdır. Alan adında bir qardaşı var. Aktyor, prodüser və keçmiş model kimi fəaliyyət göstərib. Atası ixtisasça memardır. Evlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm