Tanınmış rəqqasə: “Pozğun bir qadının bizim bayrağımızın adını çəkməsi məni qıcıqlandırdı”-VİDEO
Bizi izləyin

Tabloid.az

Tanınmış rəqqasə: “Pozğun bir qadının bizim bayrağımızın adını çəkməsi məni qıcıqlandırdı”-VİDEO

Tanınmış rəqqasə: “Pozğun bir qadının bizim bayrağımızın adını çəkməsi məni qıcıqlandırdı”-VİDEO

“Adam içində” verlişinə saz və oriental rəksin sintezi ilə bağlı dəvət olunan rəqqasə Aytən əsəblərinə hakim olmayıb.

Publka.Az bildirir ki, canlı efirdə bir qızın rəqslə bağlı fikir bildirməsi rəqqasəni özündən çıxarıb. Rəqqasə Aytənlə verlişdən sonra əlaqə saxladıq.

O qızın bir neçə dəfə qalmaqala cəhd etdiyini deyən rəqqasə məsələ haqqında belə deyir:

“Verlişə dəvət aldım. Saz və oriyental rəqsimi yaşlı nəsil və tanınmış simalarda bəyəndi. Sonra səviyyəsiz və tanimadığımız birisi, pozğun şəkillərini, əxlaqsız videolarını paylaşan, söyüş işlədən, neçə dəfə ərə gedərəm kimi ifadələrdən istifadə edən, bu işlərlə gündəmdə olan qızı da verlişə çağırdılar.

Onda mən şoka düşdüm. Çünki, bir neçə dəfə onun qalmaqalından qaçmışam. O mənə müraciət edib ki, gəl qalmaqal edək. Mən də demişəm ki, sən hara, mən hara? Mən işimlə məşğulam. Pozğun bir qadının bizim bayrağımızın adını çəkməsi namusdan, qeyrətdən danışıb, rəqsdən danışması məni qıcıqlandırdı, özümdən çıxdım. Çıxdım nə çıxdım.

Allah göstərməsin yaxşı ki, məni orda saxladılar. Bunun məqsədi bu idi. Mən də jurnalist Afətin üzərinə düşdüm ki, sən çağırmısan bunu efirə, onun burda olduğunu mənə deməmişdi.

Afət canlı efirdə açıqladı ki, 2 gündü o ANS-in qapısının ağzını kəsir, Aytən orda olacaqsa, mən də gəlim deyir. Mən belə səviyyəsizlərlə gündəmə gəlmək istəmirəm. Öz işim və sənətim var. Onun mənə rəqsdən danışmasın. O kimdir? Əxlaqsız bir qadındır”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm