Azərbaycanlı jurnalist oğurluq etdi – Video
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı jurnalist oğurluq etdi – Video

Gənc müğənni Müşfiq Mahmudovun yeni hiti söz-söhbətə səbəb olub. Mahnının müəllifi jurnalist Azər Nəsibov plagiatlıqda suçlanıb.

Söz-söhbət müğənninin sözügedən mahnını bu gün ATV kanalında yayımlanan "Gündəlik" verilişində ifa etdikdən sonra aparıcı Mətanət Əliverdiyevanın mahnı haqda söylədiyi fikirdən sonra yaranıb.

Deyilənə görə, aparıcı "Mənə nə" mahnısının "türk müğənnisi Sərdar Ortacın mahnısına oxşayır"deyə bildirib.

Azər Nəsibov Publika.az-a açıqlama verərək söylənən fikrə biganə qalmayaraq bu cür münasibət bildirib:

"Verilişə baxdım. Müşfiqin ifasından sonra Mətanət xanım mahnını bəyəndiyini dedi. Amma demədi ki, Sərdarın mahnısına oxşayır. Sadəcə, onun tərzində olan mahnılara bənzətdi. Mən plagiat bəstələmirəm. Üstəlik də, demək olar ki, dinləmədiyim Sərdar Ortacdan mahnı oğurlamamışam".

Müğənni Müşfiq isə sözügedən mahnı barədə "əgər plagiat olsaydı, bunu əvvəldən bilər və oxumazdım", deyə, münasibət bildirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm