“Çölçü”nün növbəti uğuru
Bizi izləyin

Tabloid.az

“Çölçü”nün növbəti uğuru

“Çölçü”nün növbəti uğuru

Şamil Əliyevin “Çölçü” filmi daha bir beynəlxalq festivala dəvət alıb. Film XI Salentano Beynəlxalq Film Festivalında iştirak edəcək. Tədbir 2014-cü il iyunun 21-dən 28-dək İtaliyada keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Əminovdur. Filmdə əməkdar artist Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” bədii filmi indiyədək 20 beynəlxalq kinofestival və forumda iştirak edib, bir çox diplom və mükafatlara layiq görülüb.

Film 86-cı Oskar Mükafatının uzun siyahısında da Azərbaycanı təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm