Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi – Özəl (YENİLƏNİB)
Bizi izləyin

Tabloid.az

Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi – Özəl (YENİLƏNİB)

Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi-Özəl

11:04

Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova qızının xəstəxanaya yerləşdirilməsi barədə xəbəri təsdiq edib.

Publika.az-a açıqlamasında xalq artisti Məleykə Əsədova belə deyib: “Qızımın qəfildən hərarəti yüksəldi. Vəziyyəti pisləşdi, təcili yardım maşını çağırdıq, həkimlər Güləri xəstəxanaya yerləşdirməyə qərar verdilər. Sağ olsun Sabunçu rayon 3 saylı xəstəxananın baş həkimi və uşaq şöbəsinin müdiri, hamısı əllərindən gələni etdilər. İndi Gülərin qızdırması düşüb, müalicə davam edir. Həkimlər məsləhət görsələr, bir-iki günə evə buraxılacağıq”.

Xalq artisti bir an da olsun, qızını tək qoymadığını dedi.

10 :19

Publika.az-ın əldə etdiyi məlumata görə, gecəyarısı xalq artistinin qızının vəziyyəti qəfildən pisləşib və təcili yardım maşını çağırılıb.

Həkimlər qızın təcili olaraq xəstəxanaya yerləşdirilməsinə qərar verib. Hazırda qızın vəziyyətinin necə olduğu bilinmir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm