Faiq Ağayev Rəhim Rəhimlinin cavabını verdi – Qalmaqal
Bizi izləyin

Tabloid.az

Faiq Ağayev Rəhim Rəhimlinin cavabını verdi – Qalmaqal

Faiq Ağayev Rəhim Rəhimlinin cavabını verdi – Qalmaqal

Xalq artisti Faiq Ağayev bəstəkar-müğənni Rəhim Rəhimlinin cavabını verib.

Publika.az-ın məlumatına görə, xalq artisti sosial şəbəkədə belə yazıb: “Atalar yaxşı deyib: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Rəhimin dediklərinin bu hala düşməsinə səbəb istinad etdiyi fikirlərimi özgə dilindən eşitməsidir. "Zamanım deyil" deyəndə abırsızlar, bisavadlar, satqınlar, boğazlarını yırtanları nəzərdə tutmuşdum.

Bəli, belələri arasında yerim olmayıb, yoxdur və inşaallah ki, heç vaxt olmayacaq.

O ki qaldı sənətə, elə Rəhim özü dediyi kimi, bu günümə kimi müasir estradamızdakı kişi müğənniləri arasında maksimum nailiyyətlər qazanmışam bu məmləkətdə.

Rəqabətə də can atmıram, o da düzdür. Çünki əldə etdiklərim baxımından fəaliyyətimlə müqayisə olunacaq və ya yaxınımda duracaq belə birisi yoxdur hələ ki.

Xəyallarını gerçək kimi bu millətə yedizdirmək istəyində olanlara səmimi yazığım gəlir.

Elə Rəhim özü də anlayır ki, onun mövqeyi Azərbaycan musiqisində həlledici deyil, xalq arasında fikrini də ciddiyə alan yoxdur.

Yeni mahnının reklam üslubunu səhv seçmisən, Rəhim.

Hədəfin azsaylı dedi-qoduçuların müəmmalı "ləzzəti" deyil, doqquz milyonluq tamaşaçı toplumunun səsləndirdiyin melodiyalara, sözlərə istəyi və rəğbəti olmalıdır.

Belə də ki, ayıqbaşa yaxşı oğlansan, Rəhim. Savadlı musiqiçi və məzəli şoumensən.

Uğurlar sənə, gənc dostum!”

Qeyd edək ki, Rəhim Faiq Ağayevin ünvanına ATV-nin "onlar" verilişində belə demişdi: “Faiqin zamanı keçib”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm