Tabloid.az
Xalq artisti Məlik Dadaşovun xatirəsi yad edilib
Bu il görkəmli teatr və kino aktyoru, pedaqoq, xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi qeyd edilir. Yubiley münasibətilə Azərbaycan Dövlət Film Fondunda xatirə gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının birgə təşkil etdiyi tədbirin
iştirakçıları əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks
etdirən fotosərgi ilə tanış olublar.
Trend nazirliyə istinadən məlumat verir ki, tədbirdə çıxış edən
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı
katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev aktyorun sənət yolu
haqqında fikirlərini bölüşüb, M.Dadaşovun teatr və kino tariximizdə
böyük iz qoyduğunu vurğulayıb. Qeyd olunub ki, o, epizodik rolları
da, irihəcmli obrazları da eyni həvəs və məharətlə yaradıb. Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq
Hətəmov, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə,
kinooperator, əməkdar incəsənət xadimi Kənan Məmmədov, xalq artisti
Hacı İsmayılov, əməkdar artist Elxan Qasımov və digər çıxış edənlər
aktyorun ömür yolundan, sənət fəaliyyətindən danışıblar.
Tədbirdə aktyorun unudulmaz obrazlar yaratdığı filmlərdən parçalar
nümayiş etdirilib. Sonda M.Dadaşovun ailə üzvləri adından xalq
artisti Brilliant Dadaşova çıxış edərək yubiley gecəsinin
təşkilatçılarına minnətdarlığını bildirib.
İyunun 9-da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının
kollektivi II Fəxri xiyabanda xalq artisti M.Dadaşovun məzarını
ziyarət edib. Görkəmli aktyorun xatirəsi ehtiramla yad edilib,
məzarı üzərinə əklil qoyulub.
"Azərbaycanfilm" kinostudiyasının direktoru M.Hətəmov sənətkarın
milli kino sənətimizə, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.
Bildirilib ki, M.Dadaşovun böyük aktyor kimi teatr və kinoda,
pedaqoq kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində tələbələrin yetişməsində əvəzsiz rolu olub. Belə
korifeylər sənətkarların xatirəsini yad etmək mənəvi borcumuzdur.
Kinostudiyanın direktoru aktyorun fitri istedad və peşəkarlığından
söz açıb.
Əməkdar artist Ənvər Həsənov və digər çıxış edənlər M.Dadaşovla
bağlı xatirələrini bölüşüblər, onun kinoda yaratdığı rolların bu
sənətdə ilk addımlarını atan gənclər üçün məktəb olduğu
vurğulayıblar.
M.Dadaşov 1924-cü ildə Bakıda dünyaya gəlib. Asəf Zeynallı adına
Musiqi Texnikumunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun
aktyorluq fakültəsində təhsil alıb. Zaqatala və Şəmkir dram
teatrlarında, Gənc Tamaşaçılar Teatrında, Akademik Dram Teatrında
aktyor kimi çalışıb, Dövlət Rus Dram Teatrına rəhbərlik edib.
Kinoda 1947-ci ildə "Fətəli xan" filmində debüt edib. "Dəli Kür",
"Axırıncı aşırım", "Birisi gün, gecəyarısı", "O dünyadan salam",
"Fəryad" və s. filmlərdə yaddaqalan obrazlara ekran həyatı
verib.
Görkəmli sənətkar 1996-cı ildə dünyasını dəyişib.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO