Erotik kadrları olan Azərbaycan kinosu - VİDEO
Bizi izləyin

Tabloid.az

Erotik kadrları olan Azərbaycan kinosu - VİDEO

Gənc rejissor Elvin Abdullayevin verdiyi məlumata görə, yeni filmi insanların marağına səbəb olub.

Gənc rejissor Elvin Abdullayevin verdiyi məlumata görə, yeni filmi insanların marağına səbəb olub.

Belə ki, rejissor bu dəfə “Santa Mariya gəmisi” adlı 18 yaşından yuxarı gənclər üçün yeni bir film çəkib. Filmdə baş verən hadisələrdə gənclərin siqaretə meyillənməsi və onun acı nəticəsi nümayiş olunub. Sözügedən film real hadisələr əsasında lentə alınıb.

Filmdə açıq-saçıq səhnələrin yer almasına isə rejissor belə münasibət bildirib: “Düşünürəm ki, filmdə erotik kadrlar məqsədəuyğun və estetik baxımdan diqqətli işləndiyinə görə tamaşaçılarda ifrat hissi yaratmayacaq və insanlar bu filmi normal qarşılayacaqlar”.

Gənc rejissor çəkiliş zamanı bir sıra problemlərlə də qarşılaşdığını deyir:

“Çəkiliş zamanı bir sıra problemlərlə qarşılaşdıq ki, bu da normal haldır. Filmi büdcəsiz ərsəyə gətirmək istəsək də, elə bir şərait yarandı ki, söz verib sözünün üstündə durmayan insanlara görə, əlavə xərclərimiz çıxdı. Hər yerdə bizi tələsdirirdilər deyə işimizi cəld görməyə çalışırdıq. Fürsətdən istifadə edib, filmdə əziyyət çəkən bütün komandaya həm kameranın önündə, həm kameranın arxasında əziyyət çəkənlərə təşəkkürümü bildirirəm”.

Erotik səhnələrin də yer aldığı filmin ssenarisi də rejissorun özünə aiddir. Filmdə Səfa Mehdi, Rəna Ağamuradova, Elmar Abdullazadə, Cövdət Şükürov, Türkay Verdiyeva, Edqar Abdullayev, Leyla Atayeva rol alıb. Film kollektivin büdcəsi hesabına çəkilib.

Qeyd edək ki, “Santa Mariya” filmi “2-ci No Smoking Film Festivalı”nda iştirak edəcək. Filmi sizə təqdim edirik: /Show.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm